Elizabet Drü
“Project Syndcate”, 05.06.2019
ABŞ Konqresi ongünlük fasilədən dönən kimi, (demokratların nəzarət etdiyi) Nümayəndələr Palatası prezident Donald Trampın impiçment prosesini rəsmi şəkildə ya başlamalı, ya da gündəlikdən çıxarmalıdır. Nəzəri olaraq, impiçment Senatda başlamalıdır. Ancaq respublikaçıların nəzarət etdiyi Senatın partiyanın bayraqdarını dara çəkməsi çətin ki, baş versin, əlbəttə, əgər Trampın hərəkətləri haqqında təəccüblü yeni bir açıqlama ortaya çıxmazsa.
İndi impiçment təşəbbüsünü dəstəkləyən demokratların sayının artmasına dair mətbuatın yazılarına baxmayaraq (ümumi say indi 50-dən çoxdur), onlar partiya üzvlərinin yalnız beşdə birini təmsil edirlər.
Respublikaçılar Trampa sadiqdirlər, ya da 2020-ci ildə problemlə qarşılaşmaqdan qorxurlar. Yalnız bir nəfər – Castin Amaş impiçment təklifini dəstəkləyir, bəzi digər respublikaçılar da Trampı sevmədiklərindən impiçmentə dəstək verə bilərlər.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ən azı indiyədək impiçmentə qarşı çıxdığını iddia edir, ancaq “Biz hələ ümumi rəyə gəlməmişik” kimi ifadələr də işlədir.
O, Trampı ittiham etmənin partiyası üçün pis siyasət olacağını söyləyir; fikrincə, bu, respublikaçılara dəstəyi gücləndirəcək və ölkəni daha da qütbləşdirəcək.
Pelosi ehtiyatlanır ki, indi impiçment prosesini başlama onun əsas məqsədlərinə zərbə vura bilər: demokratların Palataya nəzarəti itər və gələn ilki prezident seçkilərində partiyanın şansını maksimum dərəcədə endirər.
Əslində, Pelosi və digər partiya liderləri bu mövzunun 2020-ci il prezident seçkilərində səslənməsini istəyirlər.
Demokratlar partiyanın 2018-ci ildə aralıq seçkilərdə qalib olmasını vurğulayır. Ceyms Klaybörn hesab edir ki, Trampın impiçmenti an məsələsidir. Pelosi kimi, o da güclü dəlillər lazım olduğunu düşünür. Bir neçə komitənin dinləmələri bunu təsbit etməlidir.
Pelosi Vaşinqtonun ən ağıllı strateqlərindən biri hesab edilərkən, ifadə etdiyi mövqedə problemlər var. Heç kim indi Trampın impiçment prosesinin nəticəsini görə bilmir. Bundan başqa, Tramp əleyhinə prosesi başlamaq qərarı qorxunc bir presedent yarada bilər.
Əgər Tramp çoxsaylı cinayət əməlləri və hakimiyyətdən sui-istifadəyə görə vəzifəsindən kənarlaşdırılmırsa, impiçment etibarlı test sayıla bilərmi?
Bundan başqa, impiçment siyasət deyil, Konstitusiya prinsipidir.
Donald Trampdan fərqli olaraq, digərləri xüsusi nümayəndə Robert Möllerin televiziya kameraları qarşısında açıqladığı 448 səhifəlik hesabatı yüksək qiymətləndirirlər. Tramp hesabatın nəticələrini öz xeyrinə görür, halbuki bu belə deyil.
Tramp üçün daha pis olan Möllerin Konqresə impiçment prosesini həyata keçirməyi tövsiyə etməsidir. Möller prezident Riçard Niksona kömək etmiş Ədliyyə Nazirliyinin mübahisəli mövqeyini misal gətirib.
Hesabatın aprel ayının ortalarından etibarən açıqlanması ilə Möller və ABŞ-ın baş prokuroru Uilyam Barr, – əvvəllər həmkarlar və dost olan şəxslər – istintaqın nəticələri ilə bağlı nəzakətli, lakin şiddətli mübahisə aparıblar. Barr prezidenti açıq müdafiə edərək hesabatın əsas nəticələrini müəyyənləşdirməsinə israr edib.
Tramp Möllerin yekun nəticəsinə – ABŞ-ın bütün kəşfiyyat cəmiyyətinin rəyi ilə uyğun gəlməyən – Rusiyanın 2016-cı il seçkilərinə Trampın lehinə müdaxilə etdiyinə göz yumur. Şübhəsiz, bu fikri qəbul edilməsi onun qələbəsinin legitimliyini poza bilər.
2020-ci ildə də Tramp oxşar seçki müdaxiləsini inkar edəcək. FTB direktoru Kristofer Rey – Trampa açıq şəkildə müxalif olan vəzifəli şəxsdən biri bildirib ki, Rusiya 2018-ci ildə aralıq seçkilərində də fəal olub və 2020-ci il ərəfəsində səylərini artırır.
Trampın hələ də vəzifədə olduğunu düşünsək, növbəti prezident seçkiləri əvvəlkindən daha pis və çirkin ola bilər.
Tərcümə: Strateq.az