AZƏRBAYCAN VƏ ERMƏNİSTANI MÜHARİBƏYƏ KİM İTƏLƏYİR? –Rusiya analitiki Qarabağda yeni savaşın tərəflərə əl vermədiyini yazır – TƏHLİL

6-06-2019, 18:18   

İrina Corbenadze

rosbalt.ru, 06.06.2019

 

Azərbaycan və Ermənistan hakimiyyətləri barışdan danışdıqarı vaxt Qarabağ münaqişəsi zonasında “sadəcə” öldürürlər. Danışıqlar prosesi dayanıb. Tərəflər bir-birini qarşılıqlı təxribatda ittiham edirlər.

Qarabağ münaqişəsi zonasında nisbi sükutdan sonra son bir həftədə atəşkəs rejimi yüz dəfələrlə pozulub.Azərbaycan Müdafiə Nazirliyinin iddia etdiyi kimi, özü də cəbhə xəttinin ən müxtəlif yönlərindən Ermənistan silahlı gücləri tərəfindən irikalibrli pulemyotlardan istifadə edilməklə.

Erməni tərəfindən snayper atəşi nəticəsində Azərbaycan ordusunun zabiti Aqil Ömərov həlak olub. Tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müdafiə ordusu Azərbaycan hərbçisinin ölümündə əli olmadığını bildirib. О inandırır ki, atəşkəs rejimini saxlamağı davam etdirir və heç bir önləyici hərəkət etmir.

DQR (separatçı rejim-tərc.) hərbi idarəsi tezliklə isə Azərbaycan tərəfdən atəşkəs rejiminin pozulması nəticəsində 19 yaşlı hərbçi Sipan Melkonyanın həlakı haqda məlumat yayıb. Stepanakertdə (Xankəndi-tərc.) hədə gəliblər ki, “Azərbaycan tərəfinin təxribatları cavabsız qalmayacaq və ağrılı olacaq”.

Bir sözlə, münaqişəli zonadakı kövrək tarazlıq pozulub və səciyyəvidir ki, ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin İrəvan, Bakı və Stepanakertə (Xankəndi-tərc.) səfəri zamanı durum gərginləşməyə başlayıb. Onların Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşainyan, DQR lideri Bako Saakyanla görüşləri olub. Bu görüşlər haqda rəsmi məlumat heç nə deməməyə bərabərdir: “Qarabağ münaqişəsinin tənzimlənməsi və təmas xəttindəki durum məsələsi müzakirə olunub”.

AR XİN-də bu fikrə tərəfdardırlar ki, ATƏT Minsk Qrupunun bölgəyə səfəri zamanı Azərbaycan əsgərinin öldürülməsi tənzimləmə üzrə danışıqları pozmaq qəsdilə “fitnəkarlıq xarakteri daşıyır”.

Bu arada AR və ER xarici siyasət idarələri başçılarının görüşünün hazırlandığı haqda məlumat yayılsa da, görünür ki, canlanmış danışıqlar prosesi ölgünləşməyə başlayıb. Amma “Sputnik”in (Ermənistan) siyasi icmalçısı Arman Vaneskeqyanın yazdığı kimi, Minsk Qrupunun həmsədrləri İrəvanda, Bakıda və Stepanakertdə (Xankəndi-tərc.)danışıqlar zamanı iki respublikanın XİN başçılarının Vaşinqtonda görüşü mövzusundan “ciddi-cəhdlə yan keçiblər”, amma əvvəllər dünyanın məhz bu paytaxtının adı çəkilib.

Habelə bəlli olub ki, ABŞ-ın Ermənistan səfiri Linn Treysi nazirlərin Amerika torpağında randevüsünə hər hansı hazırlıq barədə anlayışı yoxdur.

Erməni icmalçının “Amerika diplomatiyasının özü üçün daha mühüm məsələlərlə məşğul olduğu təəssüratı yarandığı” haqda müşahidəsi olmasaydı, bütün bu coğrafi detallar önəmli olmazdı. Özəlliklə, İranla qarşıdurma, Fələstin-İsrail münaqişəsi, Rusiyanın S-400 ZRK-i alması zəminində Türkiyəyə basqı və s.

Ümumiyyətlə, “böyük siyasətin arxa həyəti”, yəni Qarabağ ən yaxın vaxtlarda Vaşinqtonun gözündə olmayacaq ki, bir məqam olmasaydı, bu da ideyaca faciəli olmamalıdır: ABŞ təmsilçisi Rusiyanınkı kimi Minsk Qrupunun həmsədridir və iki ölkənin Qarabağ tənzimlənməsinə yanaşımı heç də həmişə üst-üstə düşmür. Amma danışıqlar – bu isə amerikalılar tərəfindən hətta Ermənistan və Azərbaycan başçıları səviyyəsində planlaşdırılmışdı – cəbhə xəttində nəfəs dərmək imkanı və heç olmasa, əhatəli hərbi əməliyyatların təzələnməməsinə hansısa zəmanət verir. Erməni icmalçı sual edir: “Maraqlıdır ki, amerikalılar rəsmi İrəvan və Stepanakertin (Xankəndi-tərc.) danışıqların əsas vektorunu  dəyişməyə razılaşacağına ümid edərək danışıqlar prosesinə bilə-bilə əngəlləməyiblər ki?” Və izah edir: “Deyək ki, danışıqlar masası arxasında Qarabağın müstəqilliyindən deyil,Ermənistanın tərkibinə daxil olmasından danışmağa başlayacaqlar. ABŞ üçün məhz belə bir durum əlverişli olardı, çünki bu zaman Vaşinqtonda Ermənistan tərəfinə sərt “yox” deyə bilərlər. Söhbətin dünya birliyinin tanıdığı yeni dövlətin yaradılmasından getdiyi bir vaxtda isə belə bir mövqe tutmaq ameriaklılarda alınmır. Axı son onilliklərdə yeni dövlətlərin qurulduğu örnəklər çox olub və dünya birliyi bunu qəbul edib. Elə Birləşmiş Ştatların törətdiyi proseslərin indiyədək getdiyi Yuqoslaviyanı götürək… Örnək deyil, nədir?… Yaranmış durum amerikalılara əl verən geopolitik çərçivələrə sığışmır (çünki onun əsas rəqibi Rusiyaya sərfəlidir). Budur, belə çıxır ki, söhbət Qarabağın müstəqilliyindən gedərkən beynəlxalq diplomatik səkilərdə Vaşinqtonun “heç bir sözü yoxdur””.

Əlbəttə, erməni icmalçının versiyası mübahisəlidir, amma nə Azərbaycanı, nə də Ermənistanı qane edən, amma güzəştlərə gedə bilmədikləri və ya getmək istəmədikləri oxşar durumun ümumi məntiqsizliyindən qaynaqlanan müəyyən mənadan da məhrum deyil. Habelə mümkündür ki, həm İrəvan, həm də Bakı dünyanın eyni zamanda bir, ya da iki güc mərkəzindən asılı olsun deyə, onlara bunu “yoxlamaq” imkanı vermirlər.

Bir sözlə, “xalçaaltı” oyunları çıxdaş etmək olmaz. Və amerikalılar Qarabağ tənzimləməsinə münasibətdə taktika və strategiyanı dəyişiblərsə, ya da əksinə, özlərini bundan bir qədər qırağa çəkiblərsə, onda Rusiyanın bu məsələdə inadlı təşəbbüsünü gözləmək məntiqlidir. Amma o ləngiyir. Nədən? Və təkcə Rusiya deyil, həm də başqa həmsədrlər münaqişə zonasında əhatəli hərbi əməliyyatların başlandığını gözlədikləri, Moskvanın “söndürməli olduğu” 2016-cı ilin aprelinə oxşar durum təkrarlanmazmı? O, üç ildə bundan ciddi siyasi xal toplayıb.

Danışıqlar prosesinin irəliləməyini ləngidən daha bir məqam var – DQR və Ermənistan arasında münasibətlər korlanmağa başlayıb: hesab olunur ki, Ermənistanın qabaqkı rejiminin – respublikanın iki keçmiş prezidenti Robert Koçaryan və Serj Sərksyanın tərəfdarları Stepanakertdə (Xankəndi-tərc.) “səngər tutublar”. Onlar “Qarabağ klanı”deyilən qrupun təmsilçiləri sayılırlar. İrəvanda praktik olaraq açıq danışırlar ki, “əks-inqilabçıların bu yuvasını” aradan qaldırmaq gərəkdir. Belə ki, Dağlıq Qarabağ, demək olar, inqilabi gözləntilər rejimində yaşayır. Və mübahisələrlə: DQR-in “müstəqil” respublika kimi qalması laızmdır, yoxsa Ermənistanın tərkibinə “daxil olmalıdır”?

Nə bu, nə o biri variant nə bir il qabaq Ermənistandakı inqilabi qarışıqlıqdan, nə də İrəvan və Stepanakert (Xankəndi-tərc.) arasındakı didişmələrdən yararlanan Azərbaycanı qane edə bilər. Bakı, dövlətin yeni başçısı kimi nəticədə bir müddət gözədəyən şəkildə fəallaşan danışıqlar prosesinin tarixi ilə tanışlıq üşün Paşinyana vaxt verdi. Burada yaranan fasilə və hər iki tərəfdən adamların həlakı isə artıq xəbər verir ki, durum nəzarətdən çıxa bilər.

Bu, Ermənistana nə verər? Yaxşı heç nə – ancaq insan qurbanı, yoxsulluq, işsizlik və əhalinin ölkədən getməsi səviyyəsinin daha da artması.

Əlbəttə, Azərbaycan da böyük insan itkiləri riskinə gedər, amma sosial-iqtisadi, maliyyə planında, habelə silahı qüvvələrin gücü və insan resursları kontekstində Ermənistanı gözdəyər şəkildə keçib. Amma, ən azı, ölkənin xəzinəsini səxavətlə dolduran karbohidrogen və nəqliyyat-logistika layihələrini pozmaqla təhdid edən savaş ona da gərək deyil. Yəni müharibə ifrat, məcburi tədbirdir.

Ümumiyyətlə, indi danışıqlar prosesi üçün fon əlverişsizdir: belə çıxır ki, son məlumatlara əsasən, praktikada bəsit “göz əvəzinə göz, diş əvəzinə diş” müddəasının gerçəkləşməsilə işimiz var. Və bunun qızışdırıcı “reseptorları” vaxtında dayanmaya bilər.

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar