Cavid Qurbanov ötən il 3 milyona aldığı vaqona bu il 15 milyon ödəyib: ADY isə səbəbləri açıqlamır

6-06-2019, 18:22   


Cavid Qurbanov ötən il 3 milyona aldığı vaqona bu il 15 milyon ödəyib: ADY isə səbəbləri açıqlamır

Xəbər verdiyimiz kimi, bu ilin birinci rübündə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) Belarusdan 2 sərnişin vaqonu alıb.  

İki sərnişin vaqonu üçün isə ADY  30.384.560 (30 milyon 384 min 560) dollara ödəyib.  Bu barədə məlumatı isə Dövlət Statistika Komitəsi yayıb.

Maraqlıdır ki, ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri idə 28.264.440 (28 milyon 264 min 440) dollar olub. Rəqəmlər arasında ciddi fərq var. Belə ki, ötən il hər vaqon üçün 3 milyon 533 min 55 dollar ödənildiyi halda, bu il 1 vaqona görə ADY Belarusiyaya 15 milyon 192 min 280 dollar ödəyib.

Yayılan məlumatı dəqiqləşdirmək üçün ADY-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxladıq. S.Qədirova Cebhe.info-nun suallarına sorğu şəklində cavab verəcəyini və cavabı 3 iyun tarixində göndərəcəyini bildirdi. Sorğumuz isə bu şəkildə idi: Yayılan məlumat doğrudurmu? Əgər doğrudursa, iki vaqon üçün niyə bu qədər vəsait ödənilib? Bu vaqonlarən özəllikləri nədir?

Ancaq ADY yenə də susqunluğunu qorudu. Qurum bir vaqon üçün niyə 15 milyon dollar ödənildiyinin səbəblərini açıqlamaqdan yayındı.

Vilayət Muxtar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar