Bakı şəhəri, Binəqədi rayonu ərazisində atışma olub.
Rəsulzadə qəsəbəsində "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobilin içində olan iki nəfər gülləbaran edilib. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar. Lakin Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının onları yaxaladığı, Sükan arxasında olan şəxsin Hüseynov Səxavət Oruc oğlu olduğu, digərinin isə şəxsiyyətinin dəqiqləşdirilıdiyi bildirilir.
Ölən şəxsin kriminal avtoritet olduğu bildirilir.
Binəqədi polisindən bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmır. Əlavə məlumat veriləcək. Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparır.(baku.ws)