Şirəliyevin məhkəməyə verdiyi jurnalistin anası rəhmətə getdi

7-06-2019, 23:03   



Qan xərçəngindən əziyyət çəkən jurnalist Teymur Kərimovun anası bu gün rəhmətə gedib.

Reportyor.info xəbər verir ki, bu gün həm də jurnalistin məhkəməsi olub. Səhiyyə Nazirliyi Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Vəkillərin Səhiyyə Nazirliyinin hüquqi şəxs olaraq fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməməsi ilə bağlı qaldırdığı vəsatətdən sonra hakim hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.

Xatırladaq ki, T.Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası etmişdi. O, etirazını soyunaraq – anasının müalicəsi üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar