Bakının mərkəzində sevgililər dalaşdı: saçyoldu, yumruqlaşma, söyüşmə - VİDEO

11-06-2019, 14:11   


Bakının mərkəzində yerləşən “Qış parkı” adlanan ərazidə gənc sevgilisini döyüb.

Milli.Az xəbər verir ki, gənc qızla sevgilisi olduğu güman edilən oğlanın avtomobil yolunun kənarında davaları telefonla lentə alınıb.

Qızla oğlanın dəqiqələrlə bir-birinin saçını yolması, yumruqlaması, söyüş səhnəsi yoldan keçən sürücülərin də diqqətindən qaçmayıb.

Hadisənin şahidi olan vətəndaşlar oğlanın qızı döyməsinə mane olmaq üçün qaydaları pozmaq bahasına da olsa, yolun o tayına keçiblər. Lakin onların da müdaxiləsi nəticə verməyib.

Həmin yerdən uzaqlaşan qızla oğlan yenidən bir-birinə təhqiramiz ifadələr işlədərək zorakı hərəkətləri ilə diqqət mərkəzinə düşüblər. Bu dəfə yoldan ötən tanınmış sima gənclərin bu biabırçılığına müdaxilə etmək istəyib.

Müğənni Pərvin Lətifov idarə etdiyi avtomobili onların yanında saxlayaraq aranı sakitləşdirməyə çalışsa da, cəhdi nəticəsiz qalıb.

[media=//www.youtube.com/watch?v=OQClsmawzTQ]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar