“ANAM ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR…” – Həbsdəki MTN generalı sabiq müstəntiqə nə deyib?

11-06-2019, 14:31   

 
Sabiq müstəntiq, bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə həbsdən azadlığa buraxılmış Rüfət Səfərov hazırda həbsxanada cəza çəkən məşhur MTN generalı Elçin Quliyevlə bağlı maraqlı xatirəsini paylaşıb.
“AzPolitika.info”-nın məlumatına görə, R.Səfərov feysbuk statusunda Elçin Quliyevi yada salıb, onunla bir dialoqunu paylaşıb.
Sabiq müstəntiq yazır: “Günün birində dustaq yoldaşım, uzun illər uğrunda canını fəda etdiyi rejim tərəfindən paqonları sökülən MTN generalı Elçin Quliyev hələ iş başında ikən Allahşükür Paşazadənin ona göndərdiyi Qurani-Şərifi oxumaq üçün mənə təqdim edib dedi: “Oxu, rahatlıq tapacaqsan… Mən tapıram…” Amma nəsə utandım, daha soruşmadım ki, necə rahatlıq tapırsınız?…

Şərait və zaman belə gətirdi: hərdən onunla söhbət edirdik, dərdləşirdik.
Son aylarda onu hədələyib, məndən uzaq gəzməsini tələb edibmişlər. Dilinin ucu ilə salam verib ötürdü. Yəqin “dost”ları maraq bürüyübmüş: bir MTN generalı ilə müxalifətçi nədən danışa bilər?…
Ayrıldığımız gün məni bir bucağa çəkib söylədi ki, “76 yaşlı anam özünü yandırmaq istəyir…” Bütün analar kimi oğlunun günahsızlığına əminmiş…”
“AzPolitika”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar