Hitler və Stalinin dərdindən divanə olduğu AGENT QADIN - MARAQLI FAKTLAR

11-06-2019, 16:53   
 
Marika Rökk adlı bu qadının dərdindən həm Hitler, həm də Stalin divanə idilər. Hitlerin silahdaşı Gebbelin və nasist Almaniyasının hərbi kəşfiyyatının rəhbəri Kanarisin məşuqəsi olduğu deyilən bu əsrarəngiz qadın əslində kim idi?
Publika.az xəbər verir ki, Marikanın sovet, yaxud faşist kəşfiyyatçısı olub-olmadığı haqda hələ də mübahisələr səngimir. Üçüncü cəbhə isə onun sadəcə çox sevilən incəsənət nümayəndəsi olduğunu iddia edir.
Amma dəyişməyən fakt odur ki, Rökk sivilizasiyamızın ən vəhşi rejimi faşizmə xidmət edib. Buna baxmayaraq sovet kinoteatrlarının kassaları hər zaman Marikanın iştirakı ilə olan filmlərə baxmaq üçün toplaşan insan izdihamı ilə dolu olub.
Bəs savaşlar ilhəsi olan Marika Rökk kimdir?
Marika varlı avstriyalı ailəsində doğulmuşdu. Atası Avropanın ən məşhur memarlarından biri idi. Valideynləri balaca Marikaya hər tərəfli təhsil vermək üçün çalışırdılar. Bal rəqsləri müəlliməsi isə rus madam Rudovskaya idi. Marikanın Rusiyaya olan sevgisinin toxumlarını da müəlliməsi səpmişdi.
Birinci Dünya müharibəsindən sonra Marikanın atasının pulları saxlanılan bütün banklar iflas olur. Tikinti üçün sifarişlər də tükənir. Ailə Parisə köçməyə məcbur olur. Yeniyetmə qız Parisin kabarelərində çalışmağa başlayır. Qəribəsi odur ki, Marikanın atası da onunla birgə kabarelərdə çıxış edirdi. Bir il sonra onlar yeni səhnələr fəth etmək üçün Amerikaya yollanırlar. 17 yaşlı rəqqasə özünü ilk dəfə filmdə sınayır. 1935-ci ildə isə Almanyanın kino şirkətlərinə dəvət alıb, yaradıcılığına burada davam edir. Sənətinin zirvəsinə də Almanyada çatır.
Həmin vaxtlar nazir Gebbels incəsənətin, insanları gündəlik qayğılardan azad etmək kimi vəzifə daşımalı olduğu fikrini önə çəkir. Günlərin bir günü incəsənət ustaları Hitlerin hüzuruna gəlirlər. Fürerlə görüş zamanı Marika ona kişisayağı əl uzatmaqdan imtina edib kniksen hərəkəti (təzim) ilə salamlayır. Hitler Marikanın əlini öpərək ona olan heyranlığını dilinə gətirir.
Bəzi mənbələrə görə, Gebbels məşhur aktrisa ilə eşq yaşamaq istəsə də Rökk bu təklifi həmişə geri çevirirdi. Hər dəfə də zarafatla rejissor əri Georq Yakobun çəkdiyi filmi həddən artıq erotik adlandırıb ekran qadağası qoyduğunu bəhanə gətirirdi. Digərləri isə hesablı eşq üçbucağını təsdiqləyirlər.
Yakob Marikadan 31 yaş böyük olsa da bir-birini ehtirasla sevirdilər. Rejissor həyat yoldaşı arvadının məşhurlaması üçün əlindən gələn hər şeyi edirdi.
Agent “İlona”
Almaniyanın gizli sənədlərindən əldə olunan məlumatara görə, 1940-cı ildən başlayaraq Marika Rökk və əri artıq sovet ordusunun kəşfiyyatçılarına çevrilirlər. “Krona” adlı xəfiyyə şəbəkəsinin üzvləri olan cütlüyün əsas idarəçisi isə sovet kəşfiyyatçısı, “kölgəsiz adam” ləqəbi lə tanınan Yan Çernyak idi. Çernyak bu vəzifə üçün unkal insan idi. Bir neçə Avropa dillərində yaxşı danışır, fotoqrafik yaddaşı ilə hər kəsi heyrətə salır, həmçinin ağıllı və kifayət qədər ehtiyatlı idi. Çernyakın əlaltıları arasında Fransanın xarici işlər nazirliyinin katibi, digər ölkələrin bankir və hərbçiləri də vardı.

Çernyakın dəstəsində Hitlerin gündəlik qoroskopunu tərtib edən şəxsi astroloqu, hətta silah istehsalı ilə məşğul olan şirkət sahiblərinin qızları da vardı.

Günlərin bir günü sovet kəşfiyyatının rəhbəri Berzin Yan Çernyaka qəribə tapşırıq verir. Hərbçilər, siyasətçilər, istehsalçılarla yanaşı incəsənət nümayəndələri də sovet kəşfiyyatına cəlb olunmalıdırlar.
1937-ci ildə Moskvada “İlona” adlı xəfiyyə haqda xəbərlər gəzməyə başladı. Hər kəs bu ad altında Marikanın gizləndiyini iddia edirdi. Lavrenti Beriyanın oğlu atası haqda yazdığı kitabda bu faktı təsdiqləyir. Marika özü isə “Bibərli ürək” kitabında kəşfiyyat fəaliyyəti haqda heç bir söz demir.
Çernyakın kəşfiyyat şəbəkəsi müharibənin gedişatına böyük təsir etdi, hətta gedişatını dəyişirdi deyə bilərik.
Bir gün Gebbelsin şəhərkənarı evində ziyafət təşkil olunur. Gebbels Amerika və İngiltərə ilə gizli danışıqlar aparmaq planından bəhs edir. Ertəsi gün bu xəbər artıq Moskvaya yayılır. Məşhur aktrisanın rus cəbhəsi üçün işlədiyindən məlumatlı olub-olmadığı haqda da dəqiq faktlar yoxdur. Amma faşist ordusu üzərində qələbənin əsas təminatçılarından biri də Marikadır.
1944-cü ildə Rökk “Arzularımın qadını” filmində rol alır. Sonra sə Zalsburqa gedib çoxdan arzuladığı övladını, qızını dünyaya gətirir. Qabrella doğulandan sonra Marika Amerikalı əsgərlər qarşısında çıxış edir, əldə etdiyi gəlirlə qızına baxırdı. 1946-cı ildə aktrisa alman ordusu ilə əməkdaşlıqda suçlanır. Filmlərinə qadağa qoyulur.
Bir neçə il sonra isə o, yenidən filmlərə, teatr tamaşalarına dəvət alır. Hətta ikinci dəfə ailə də qurur.
Hitler və Stalinin sevərək izlədiyi məşhur aktrisa 2004-cü ildə 101 yaşında infarktdan dünyasını dəyişir.
Beləcə savaş ilahəsi ən gizli sirlərini özü ilə torpağa basdırır.
Leyla Sarabi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar