Bu gün Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində dekan seçkiləri keçirilir.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 5 namizəddən 2-si artıq öz namizədliyini geri götürüb.
Hazırda mübarizə aparan digər 3 namizəd isə BDU-nun kafedra müdiri Anar İsgəndərov, BDU-nun eks prorektoru Sani Hacıyev və BDU-nun dekan müavini Bəxtiyar Nəbiyevdir.
Əsas mübarizə Anar İsgəndərovla Sani Hacıyev arasında gedir.
İyunun 14-də isə sözügedən fakültənin Elmi Şurasında seçkilər keçiriləcək.
Qeyd edək ki, Sani Hacıyev BDU-nin sabiq rektoru Abelin Məhərrəmovun adamı, Anar İsgəndərov isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin adamı kimi tanınır.