Tankeri hansı ölkə partladıb? - ABŞ video yaydı

14-06-2019, 14:41   

 


   
00:01
ABŞ Mərkəzi Komandanlığı Oman körfəzindəki tankerlərin partladılmasında İranın iştirak etməsinə dair video paylaşıb.
Axar.az xəbər verir ki, ABŞ İran hərbçilərinin Oman körfəzində partlayan tankerlərin birindən partlamamış minanı götürdüklərini vurğulayıblar. Mərkəzi Komandanlıq İran hərbçilərinin bununla özlərinin hadisədə iştiraklarına dair dəlilləri yox etməyə çalışdıqlarını bildirib.
Görüntünün keyfiyyəti çox aşağı olduğu üçün videoda əks etdirilən kater və üzərindəki bayrağın İrana məxsus olduğunu müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyətin İranın daşıdığını bəyan etmişdi.
Oman körfəzindəki iki neft tankerində partlayış dünən baş verib. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.
İddiaya görə, tankerlərə torpeda ilə hücum edilib.
[media=//www.youtube.com/watch?v=qytwtG1RZ84]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar