Türkiyədə qəflətən dünyasını dəyişən mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyevanın nəşi bu gün Bakıya gətiriləcək.
Cebhe.info-ya bu barədə Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, Həlimə Əliyevanın nəşi bu gün gecə saatlarında Bakıya gətiriləcək. Mərhumun doğma kəndi olan Kələkidə dəfn ediləcəyi bildirilir. Dəfn mərasimi sabah keçiriləcək.
Xatırladaq ki, Həlimə Əliyevanın vəziyyəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Bu gün isə xəstəxanada vəfat edib.
Vilayət
Cebhe.info