İyunun 18-də Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan gələn Iveco yük maşınında 128 kiloqramdan çox heroin aşkar edərək götürüblər.
DGK-nın məlumatında deyilir ki, yük maşını Azərbaycandan tranzit keçərək Avropaya gedirmiş. Boş yük maşınını Türkiyə vətəndaşı Karataş İmdat idarə edirmiş. Maşına baxış zamanı xüsusi öyrədilmiş it kabinədə narkotik maddənin olduğunu aşkar edib. Rentgen qurğusunda avtomobilə baxış zamanı sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Oradan içərisində ümumi çəkisi 128 kq. 689 qr. heroin olan 251 paket aşkar edilib. Fakt üzrə istintaq başlayıb.-02D-