Nazir müəllimlərin əməkhaqqının artırılmasından danışdı

19-06-2019, 17:24   





"Təhsil sahəsində qazanılan uğurların arxasında Prezident İlham Əliyev tərəfindən yürüdülən düzgün təhsil siyasəti, qəbul edilən fərman və sərəncamların arxasında isə müəllim amili dayanır".

 Bakupost  xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı bildirib.

Nazir daha sonra deyib: "Fürsətdən istifadə edərək diaqnostik qiymətləndirmədən keçmiş müəlimlərinin əməkhaqlarının dünən növbəti dəfə artırılmasına görə dövlət başçısına təşəkkür edirəm. Dünən dövlət başçısı tərəfindən eyni zamanda peşə təhsili sahəsində çalışan şəxslərin də əməkhaqlarının artırılmasına dair sərəncam imzalanıb. Bunu da xüsusi vurğulamaq lazımdır. Mən təhsil sahəsinə xüsusi həssaslıq və diqqətlə yanaşdığına, təhsil sahəsində islahatları hər zaman dəstəklədiyinə görə də cənab prezidentə təşəkkürümü bildirmək istəyirəm”.

Nazirin bu sözlərin tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar