Nazirdən pensiyaçılara şad xəbər: yanvardan pensiyalar 15 faiz artacaq

20-06-2019, 16:04   


“Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdəki brifinq zamanı jurnalistlərə açıqlamasında söylədi. Nazir bildirdi ki, Azərbaycanda orta əmək haqqı artımı proqnozu bu il üçün 15 faizdir: “Buna uyğun olaraq, gələn il yanvar ayının 1-dən indeksasiya ilə bütün pensiyaçılarımızın pensiyaları əlavə olaraq 15 faiz artacaq”. S.Babayev onu da vurğuladı ki, bu, sadəcə proqnozdur: “Pessimist proqnozla 12-13 faiz artım, orta proqnozla 15 faiz artım gözlənilir. Bunun nəticəsində gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək”.

E.PAŞASOY,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar