Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.