Yeni Daxili İşlər naziri Vilayət Eyvazov fəaliyyətinin icrasına başlayıb

21-06-2019, 13:42   


Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

“Report”un xəbərinə görə, tədbirdən sonra yeni Daxili İşlər naziri fəaliyyətinin icrasına başlayıb.

Yeni Daxili İşlər naziri Vilayət Eyvazovun Daxili İşlər Nazirliyinin (DİN) kollektivinə təqdim olunması mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar