İqor Subbotin
Nezavisimaya gazeta, 20.06.2019
Türkiyə Ali Seçki Komissiyası (ASK) qabaqkı seçkinin nəticələrini ləğv etmək qərarı alandan sonra İstanbulda iyunun 23-də təkrar mer seçkiləri başlanır. Respublika hökumətinin prezident Rəcəb Tayib Ərdoğanın siyasi karyerasının başlandığı şəhərdə hakim Ədalət və İnkişaf Partiasından namizədin qalib gəlməyi üçün, göründüyü kimi, hər eşyi etdiyinə baxmayaraq, müxalifət təslim olmur. İctimai rəy sorğuları göstərir ki, Cümhuriyyət Xalq Partiyasından namizəd (CXP) səsvermənin nəticələrinə görə yenə də irəli çıxacaq. Məsələ yalnız bundadır ki, hakimiyyət buna necə reaksiya verəcək.
CXP-dən namizəd Əkrəm İmamoğluya yeni qələbə güman olunur. İctimai rəy sorğuları – həm özəl, həm də dövlətinki – göstərir ki, müxalifətçi iki, ya da dörd faiz bəndlə irəli çıxır. Hakim partiyadan namizədə – keçmiş baş nazir Binəli Yıldırıma münasibətdə heç bir dəyişiklik müşahidə olunmur. Proqnozlar təsdiqlənərsə, bu, İmamoğlunun 31 martdakındansa daha güclü zərbəsi olacaq. O zaman onun Yıldırımla fərqi 1%-dən az səs təşkil edib. ASK güman edilən prosessual pozuntulara görə səsvermənin nəticələrini ləğv edib, amma onun qərarına geniş şəkildə siyasi motivləşmə kimi yanaşırlar. Səsvermənin qabaqkı nəticələrinə görə, ƏİP 2002-ci ildən bəri Ərdoğanın 1994-1998-ci illərdə şəhər başçısı postunu tutduğu şəhərdə ilk dəfə mer seçkilərini uduzub. İstanbulda udmaq hakim partiya üçün olduqca önəmli idi – nüfuz baxımından.
Lakin Türkiyə rəhbərliyi seçkiləri yenidən udmaq cəhdilə artıq öz nüfuzunu gözləmir. ASK aparatı bu günlərdə seçki komissiyalarının 13 işçisini İstanbul seçkilərində üzə çıxdığı pozuntulara görə ehtimal edilən məsuliyyət üzündən vəzifədən götürüb.
Bundan savayı, araşdırma başladılıb. ASK başkanı Sədi Güvən qeyd edib ki, ehtimal ki, səslərin yenidən paylaşdırılması bu işçilərin təqsirindən baş verib. Onların günahı müəyyən ediləcəyi halda bu, təkcə inzibati deyil, həm də cinayət cəzası ilə nəticələnər. Güvən diqqəti buna yönəldib ki, vəzifədən götürülmək də eynilə ASK əməkdaşlarının təyinatı kimi Hakim və Prokurorlar Şurasının ixtiyarındadır. Bu qurum ehtimal edilən pozuntulardan xəbərdar edilib. Az adam şübhə edir ki, belə bir addım seçki məntəqələrində “gərəkli” adamların olmasına hesablanıb. Merliyə namizədlərin 17 ildə ilk dəfə baş tutan birbaşa televiziya debatları Türkiyənin qəlbi İstanbul uğrunda döyüşün dinamik olacağını vəd edir. Rəqiblər iyunun 16-da axşam canlı efirdə üz-üzə gələndə 31 mart seçkiləri nəticələrinin niyə ləğv edildiyi əsas məsələ idi.
“31 mart dönəmi ilə tutuşdurarkən cürətlə demək olar ki, müxalifət indi daha çox birləşib, – Türkiyə politoloqu, siyasi elmlər namizədi Kərim Has “NG”-yə bildirib. – Bunun bir neçə səbəbi var. Birincisi, böyük hesabla, həmişə açladılan və təhqir edilənlərin yanında olan Türkiyə cəmiyyətinin psixologiyası İmamoğlunun əlinə oynayır. Müxalif namizəd isə məhz belə bir obazda qarşıda durur. Bu fakt qəribə təsəvvür olunur ki, fəaliyyətdə olan hakimiyyət bu amili qətiyyən nəzərə almır, axı Ərdoğanın özünün siyasi karyerasının yüksəlişi məhz “nəsibsiz qəhrəman” kartını oynadığı dönəmə düşüb. Hakimiyyəti təkrar seçkilər keçirməyə nəyin təhrik etdiyini inandırıcı şəkildə belə də izah edə bilmədiyi nəzərə alınmaqla. İmamoğlu indi cəmiyyətin gözündə həm artıq bir dəfə qələbə çalmış namizəd, həm də hakimiyyətin sıxışdırdığı namizəd kimi görünür. Həm də hökumətyönlülər daxil olmaqla sorğular göstərir: 31 martla müqayisədə İmamoğlu və Yıldırım arasındakı fərq indiki anda İmamoğlunun xeyrinə çoxalır”.
Ekspert qeyd edir: nə prezident, nə ona tabe KİV-lər müxalifi adıyla çağırmır. “İstanbul meri postu uğrunda qarşıdrma KİV-lərdə və hakim elitanın ağzında belə görünür: Yıldırım kamalçı CXP-dən namizədə qarşı, – Has qeyd edir. – İkincisi, ƏİP namizədi tərəfindən yanlış hesablanmış taktika onun rəqibinə əla reklam hazırlayıb. Axı altı ay qabaq İmamoğlunu vətəndaşların yalnız onun İstanbulun başçılıq etdiyi bölgəsində yaşayan hissəsi tanıyırdı. Fəal antimüxalifət təbliğatının bu dönəmində CXP namizədinin adı hamının ağzına düşüb. Türkiyə vətəndaşlarının böyük qisminin fikrincə, o, İstanbul merinə namizədlikdən Ərdoğann və yaxud ola bilsin, erkən prezident seçkilərində başqa namizədlərin rəqibinə çevrilib. Üçüncüsü, indiki hakimiyyət və siyasi mentalitetcə ona oxşar sələfi bu şəhərdə 25 il boyunca rəhbər postlarda olublar. Yıldırıma şəhərlilərə təklif edə biləcəyi yeniliklərdən danışmaq məhz buna görə çətindir”.
Analitik deyir ki, İmamoğlunun irəli sürdüyü vədlər istanbullularda daha çox inam doğurur. “Türkiyənin qeyri-rəsmi paytaxtının olduqca çevik şəhər və gənc əhalisinin böyük payının gənclər olduğu nəzərə alınsa, onda Yıldırımın namizədliyi o qədər də cəlbedici deyil, – Has hesab edir. – O elə də fəal və gənc deyil, fəaliyyətdəki hakimiyyətlə mütləq assosiasiyaya malikdir və bir çox baxımdan prezidenti yamsılayır, onun natiqlik bacarığı isə rəqibdən güclü şəkildə geri qalır. İmamoğlu, əksinə, keçmişin siyasi yükündən azaddır, gənc, bəlağətlidir, fəaldır, gənclərdə və qadınlarda böyük maraq doğurur. İyunun 16-da iki namizəd arasında keçirilən siyasi debatlar bunu ictimaiyyətə əyani göstərib. Bu kontekstdə meydanlarda Türkiyə vətəndaşları ilə fəal təması müəyyən müddətə dayandırmış Ərdoğanın iyunun 17-dən səhər-səhər özünün artıq ənənəvi olan ölkənin küçələrində prezidentlə gündəlik “Birbaşa xətt”i təzələməyi maraqlı faktdır”.
Ekspert deyir – dördüncüsü, ölkədə iqtisadi böhran gündən-günə ağırlaşır. “İctimaiyyət aydın görür ki, hökumət durumdan çıxış yolu tapa bilmir və sadəcə, öhdəsindən gələ bilmir, – Has hesab edir. – Ərdoğanın hakimiyyətin aldığı qərarların düzgünlüyündən yavaş-yavaş şübhələnməyə başlayan tərəfdarları təkrar seçkilərdə öz narazılığını hökumətə göstərmək və öz səslərini müxalif namizədə verməklə bir çox baxımdan ona xəbərdarlıq etmək imkanı görürlər. Beşincisi, cəmiyyət qütbləşmə, iblisləşdirmə, böyük həbslər, insan haqlarını pozmaq və mənfi ritorika, son bir neçə ildə Türkiyənin siyasi elitasından açıq hədələr siaysətindən, doğrudan da, böyük yorğunluq duyur. İmamoğlunun meydana çıxması onun müsbət və əhalini birləşdirən ritorikası sayəsində bir çox vətəndaşlar üçün “zülmət səltənətində işıq şüası”dır. O, mer postuna iddia etməklə öz siyasi baxış və inancına vurğu etmədən hər şeydən qabaq özünün insani və peşəkarlıq keyfiyyətlərini irəli sürür. O, respublikayönlü kamalçı partiyadan namizəd olsa da, ƏİP tərəfdarları üçün yad deyil”.
Has yekun vurur – nəhaəyt, önəmlidir ki, İmamoğlu yüksək ehtimal dərəcəsi ilə İstanbulun kürd əhalsinin çox sayda səsini alacaq.
Tərcümə Strateq.az-ındır.