Azərbaycanda hər zaman informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafını dəstəkləyən "Nar”ın tərəfdaşlığı ilə baş tutan NETTY-2019 - Azərbaycanın milli internet mükafatının qalibləri müəyyən edilib. Belə ki, il ərzində keyfiyyətli məzmununa, istidafədəçiyə yararlılığına görə "Dövlət” nominasiyasında "intangible.az” saytı, "Təhsil və Elm” nominasiyasında "Bildilçin” tətbiqi, "Mədəniyyət və Yaradıcılıq” nominasiyasında "shekiculture.az”, ən yaxşı sosial səhifə nominasiyasında "Asan Viza” Facebook səhifəsi qalib olub. Digər nominasiyaların qalibləri ilə netty.az saytında tanış ola bilərsiniz.
Nominasiyalar üzrə qaliblər Ekspert Şurasının və virtual münsiflər heyətinin seçiminə əsaslanaraq NETTY Akademiyası final səsverməsi zamanı müəyyən edilib. Bundan başqa, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də müafatlar təqdim edilib.
"İnternet və ümumilikdə, İKT həlləri gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilib. NETTY milli internet mükafatının əsas məqsədi ölkəmizdə bu sahə üzrə ən qabaqcıl və keyfiyyətli informasiya resurslarını və layihələrini müəyyən edərək onların inkişafına təkan verməkdir. Biz eyni zamanda informasiya mədəniyyətinin cəmiyyətdə artırılması, əhalidə informasiya texnologiyaların populyarlaşdırılmasını hədəfləyirik. Rəqəmsallaşma dövründə bu cür mühüm bir tədbirin keçirilməsində bizə dəstək olduğu üçün "Nar”-a təşəkür edirik", - deyə "NETTY” milli interet mükafatının təşkilat komitəsinin sədri Ruslan Novruzov bildirib.
Qeyd edək ki, "Nar” KSM strategiyası çərçivəsində artıq ikinci ildir ki, "NETTY” milli interet mükafatının əsas dəstəkçisidir.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.