ABŞ prezidenti Donald Tramp “Nyu York Tayms”da yer alan İrana ilk hücumun əmri verdiyi, lakin 10 dəqiqə sonra bunun qarşısını aldığı xəbərini təsdiqləyib.Publika.az xəbər verir ki, prezident tvitterdən verdiyi açıqlamada rəsmi Tehrana tətbiq olunacaq yeni sanksiyaların bu gecədən etibarən qüvvəyə minəcəyini deyib.
“Bazar ertəsi beynəlxalq hava məkanında bir dron vurdular. Biz dünən gücə 3 ayrı istiqamətdən hücum keçməyə hazır ikən mən neçə insanın öləcəyini soruşdum. Bir generaldan 150 cavabını aldım. Hücuma 10 dəqiqə qalmış qərardan imtina etdim. İran məsələsində tələsmirəm. Bu gecədən etibarən yeni sanksiyalara daha çoxu əlavə olunacaq. İran əsla nüvə silahına sahib olmayacaq”, - Tramp yazıb.
O bildirib ki, bu hücumlar ABŞ ordusunun pilotsuz uçuş aparatının məhv edilməsinə qarşılıq olacaqdı.