Prezident İlham Əliyev Famil Front oğlu Mustafayevi Ali Attestasiya Komissiyasının sədri təyin edib.Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Famil Mustafayev sözügedən vəzifəyə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr vəzifəsini icra etməklə yanaşı, sədr müavini olub.
O, 1983-cü ildə Salyan rayonu N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi, eyni zamanda 1984-1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.