MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"

22-06-2019, 10:20   

MƏHMƏT BAŞAQ:


Türkiyəli iş adamı, eyni zamanda "MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana "Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. "Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.

-Məhmət bəy, "pulla oynayan” iş adamlarının –varlı şəxslərin bir tərəfdə də ruhun qidası sayılan musiqi, şeirlə uğraşması –mənə bir az tərs gəlir. Etiraf edim ki, zaman-zaman pulu var, özünü bir də mədəniyyət-incəsənət alanında tanıtsın, adını yazdırsın deyə başqalarının imzasını satın ala bilərlər -düşüncəsində də olmuşam. Adına xobbi, ya tutqu dediyiniz bəzən səmimi gəlməyib mənə. Yəni belə təcrübələr yaşanib illa ki. Sizin timsalınızda necədir? 

-Həm sordun və həm cavabını verdin. Pulu olan başqasına şeir yazdırıb, musiqi bəstələtdirib imzanı satın alır, özününküymüş kimi qələmə verir deyirsiniz. Və bir də sizdəmi eləsiniz –deyib hökm verirsiniz. 

-Mən elə düşünə bilərəm deyirəm. 

-Baxın, xobbi olaraq qəbul etdiyin zaman, bunu özün yazar, bəstələyərsənsə xobbi olur. Naməlum birisinin yazdığına, bəstələdiyinə öz ismini verərsənsə, o zaman o səni qane etməz. O bir türlü ögey övlad kimi olar. Ən çoxu 3 dənəsini aldın deyək, 4 –cüsü olmaz. Yəni demək istəyirəm ki, bir şeir və ya bir musiqidə yazanın ruhu görünür. Bir başqası yazsa mənim ruhumu ora qata bilməz, sənin üstündə əmanət kimi qalır. Yazdıqlarım meydanda və dolayısı bunu xobbi olaraq edirəm. Mən bunu ruhumu, özümü ifadə etmək üçün yazıram, oxuyuram. İstəsəm bunu dünyaya yaya bilirəm. Lakin dostum-eşim dinləyir və onların dinləmələri xoşüma gəlir.
MƏHMƏT BAŞAQ:

-Şeirdən, musiqidən umduğunuz elə bunla sərhədlənir? İş adamı olaraq musıqı bazarına-şou biznesə də girə bilmək imkanı varkən, Məhmət Başaq musiqidən nə istəyir?

- Musiqidən maddi anlamda heç bir şey istəmirəm. Elə fikrim də olmadı. Mən yaxşı dinləyiciyəm. Özüm yazdıqlarımla özümü anladıram və bundan da zövq alıram. Müsiqini sevirəm. Çox gözəl də şarkı söyləyirəm. Bu cameədə Müslüm Gursəslə səsin eynidir-deyən ustadlar var. "O sağ olsaydı və sən də şarkı oxusan, bu işi davam etdirmiş olsaydın onun taxtına oturmuş olurdun”-deyənlər də oldu, bu səslə nələr edərdim- deyənlər də. Hətta dublajdan –kino səsləndirmədən təkliflər gəldi, qəbul etmədim.

-Niyə?


-Ondan zövq ala bilmərəm. Mən şeir söyləyəndə başqa biri oluram. 

-Başqalarının şeirini söylədinizmi?


-Öz şerilərimdən başqa olmadı. Amma Fatih Sultan Məhmətin Peygəmbər Əfəndiyə yazdığı bir şeiri və Nəcib Fazilin "Sakarya” şeri var onu səsləndirəcəm.

-Niyə tarixi və dini mövzulu bu iki şeir?

-Onlar mənim dəyərlərim, mənəviyyatımdır. Mən türkəm, Osmanlı torunuyam. Onların o ruhla yazdığı mənəviyyatı hiss edə bilirəm. Özüm siyasi mövzuda 15 Temmuzda Rəcəb Tayyibi anladan "Uzun adam” şeirini yazdım. Özü şəxsən məni təbrik etdi. Bir də şəhid Ömər Halis Dəmirin dilindən anasına xitabən "Xınalı quzu” adlı şeirim var. Özü şəhid olub bütün Türkiyəyə sərvət olan insandır -Ömər Halis Dəmir! Allah rəhmət eləsin. 

- Mənə görə musiqi hər bir insanın ruhunun sarı siminin titrəyişidir. Dünyayla ilk tanışlığımız layla səsi ilə olur. Bir insan musiqi bəstələyir və ya könlünü şeirə verirsə, o, incə, kövrək qəlbə sahibdir-deməkdir. Siz şeir söyləyərkən o hüznü hiss etdim. Nədir sizi inlədən, ağladan? 

- Doğru deyirsən. Birinin bir şey yaza bilməsi üçün qəlbinin yumşaq və duyğusal olması gərəkdir. Ya da həyata 1:0 yenik -məğlub olaraq başlayan daha tutqulu və duyğulu yaza bilər. Baxın, müşahidə edib yazmaq bir ayrı, amma onu birbaşa içindən keçirib yaşamaq bir ayrıdır. O hisslə başlayanda daha təsirli olur. Mən həyatım boyunca ana həsrəti çəkmiş bir insanam. Dostlarım-yoldaşlarımın anası "yavrum, övladım”- deyəndə hüzünlənərdim. Qadınları həmişə bir sığınacaq kimi gördüm. Bu da mənim mənəvi olaraq duyğularımı kağıza tökməmə səbəb oldu. Yazdıqlarımı başqalarına verib oxudurdum. Madam, durumumu bura yansıdıramsa, niyə özüm oxumayım dedim. 
MƏHMƏT BAŞAQ:
-Ana həsrəti ilə bağlı ilk sətir, ilk misra... bu kədəri, həsrəti kağıza tökəndə neçə yaşında idiniz?

-Anama həsr etdiyim şeiri yazanda 18-19 yaşlarındaydım. Ondan daha öncə də duyğularımı yazmışdım. Amma anama həsr etdiyim "ANNE” şeirində onun ölüm halında olduğu zamanı, mənə baxışını, sevgisini, yaddaşımda iz buraxan gülüşünü anladıram. 

-Bildiyim qədər daha çox sevgidən yazırsınız Həm də kişi- qadın sevgisindən. Studiyada "Adam kimi sevəcəksən”-şeirinin provasını dinləmək şansım oldu. O şeirdə sevgi, eşq və eyni zamanda üsyan gördüm.

-Üsyan deməyin. Kinayə var. Etiraz var. 21-ci əsrdə yaşayırıq. Günümüzdə qadın ya da kişi fərq etməz, adam kimi sevən, sevdiyi üçün "ölümünə sevda” deyə biləcək neçə insan göstərə bilərsiniz mənə? Paranın düzəni olub bütün ortam. Paran varsa dünyanın ən pis insanı olsan belə ən gözəl qız sənin ola bilər. Amma bu gerçək eşq olmayacaq. Parasız, qərib biri bəlkə o birindın daha xarakterlidir, o da sevir, amma o qıza sahib ola bilmir. Baxın, bu düzənin pozulduğuna etirazım var.

-"Eşqdir mehrabı uca göylərin”- deyən Nizami, "Yarəb bəlayi -eşq ilə qıl aşina məni ” -deyən Füzulidən bu yana sizin-(Türkiyə türklərinin) daha çox istinad etdiyiniz Mövlana var. O deyir ki...

-Burada dur! "Sizin” deyə bizi sizə- bizə ayırdığınız o ifadəni qəbul etmirəm. Özəlliklə söyləyirəm. Mənim Azərbaycan deyincə ağlıma öz kəndim, öz millətim, öz qardaşım gəlir. Öz qardaşımın ədəbiyyatı, baxışı, ruh halı pozulmayıb. Hələ mənəvi olaraq durur. Biz bir az daha avropalaşdırıldıq. Ondan dolayı bizim mənəviyyatımızda bir az əskikliklər var. Baxıram, Azərbaycan da o şəkildə qərbləşməyə doğru gedir. Bu yaxşı şey deyil. 

-Movzuya qayıdaq. Gözəl eşq hekayələrindən gələn sevgiyə Mövlana belə yanaşır, "nə ağlınla, nə qəlbimlə sevəcəksən, sevəndə ruhunla sevəcəksən”. İndiki sevgilər paraya dönüşmüş-deyirsiniz. Bunun səbəbi nədir? Daha elə dərin şeirlər yazılmırmı deyə?


-Elə duyğular qalmamış deyə. Əski eşqlər qalmadı. Allah öncə ruhumuzu, sonra bədənimizi yaradıb bizi dünyaya göndərdi. Bədəndə Qəlb var və Ağıl var. Ən şərəfli məxluq olaraq göndərilmişik. Allah "Ey ağıl sahibləri”-deyərək bizimlə muaattab olur. Siz ruhunuzla, ağlınızla düzgün şəkildə mənim sizə göndərdiyim standartlara uyğun yaşarsınızsa, nəsliniz də gözəl olur. Yox yaşamazsınızsa, o zaman azğınlaşarsınız. Bayaq üsyan dediniz. Məndə üsyan olmaz! Etiraz olar. Və etirazım bunadır. Düzənə etiraz olur. Üsyan başqaldırı deməkdir. Mən duyğulara, ruhlara müraciət edirəm. Oradan bir şeylər alsınlar. Verə bilirəmsə nə mutlu mənə. O ki qaldı Eşq, o Allaha olandır! Bizimki sevgidir, əslində. Ona bir dəyər qatmaq üçün eşq deyirik. Məsələn atalarımıza, onların ailə yaşantılarına baxaq. Bir də bu gün texnikanın meydan suladığı ailə ortamına. Bir rahatlıq var bu gün. O dönəmdə bu rahatlıq yoxdu. O dönəmdə saygı, sevgi vardı, ər-arvadın bir-birilərinə baxışmalarıyla anlaşmaları vardı. Qadın kişinin aynasıydı, kişi özünü orada görürdü. İndi o yanaşma qalmayıb.

-Mənəvi dəyərlərin bazara çıxarıldığı bir vaxtda musiqi sakitləşdirər, rahatlıq verər, tərbiyə edər. Qərbə üz tutmuşuqmu deyə yolumuzdan çıxmışıq? Yəni sizin dediyinizdən bunu anladım. 

-Bu günkü nəslin bəstələdiyi, dinlədiyi əsərlərin bir dənəsi belə məni cəzb etmir. Heç bir artısı yox, üsyandan başqa. Dolayısı bugünkü musiqinin topluma bir faydası olacağına inanmıram. Misal üçün "Yakalarsan öpücük”-deyə oxuyur Tarkan. Bunun nəyi gözəldir?

-Amma bunu daha çox dinləyirlər? 

-Sadəcə musiqisi gözəldir. Virtual ortam var, insanlar orada yaşayır. Bilirsiniz də elə oyunlar var orada, ondan dolayı ölürlər, öldürürlər belə. Süni həyat yaşayır insanlar. Adam var evində bir tikə çörəyi yoxdu, gedib Tarkanı dinləyir. Bunun belə olmasının tək səbəbi-övladına Allahını, Peygəmbərini, Quranını, ata-babalarını anlatmamasıdır. Sonra da oğlum kimə çəkdi, qızım niyə belə oldu deyə şikayət edir. Sən ona nə öyrətdin ki, o da sənə bənzəmədi?! İndiki gənclik anaşa çəkir, spirtli işki içir. Kimin əli kimin cıbındədir, o belə bəlli deyil. Bu gün bir qız bir oğlanla çıxır, sabah bir başqasıyla. Buna normal deyirlər. Normallaşdırıldı bunlar. Atalarımız belə idimi?!

-Mühit amılı də var, amma... Həyata zidd qaydaların bizə həyat tərzi kimi təqdim edilməsi də bura daxildir. Bu gəncliyə nə mesaj vermək istərsiniz?

-Yeni albomuma "Adam kimi sevəcəksən” seirini daxil etmişəm. Bunun altında mənalar var, qavranmalı şeylər var. Onu şifrəli söyləyirəm. Gənclər orada yanlışlarını görəcəklər. Adam qavramı-düzgün, sözünün əri, sözündən dönməyən anlamdadır-qadın ya kişi fərq etməz! Mənim şeirlərim hər zaman mesaj içəriklidir. 

Gənclərə mesajım: Atasını bilsin, xanımına, eşinə qiymət versin. Bəzi şeylər gizəmli olunca dəyərlidir. Həyatda hər kəsin dəyəri öz yaşantısı kimidir. Mən də övladlarıma düzgün təhsil, tərbiyəni ona görə verirəm. Ətrafda olanların, mühitin təsirindən dolayı pozulma görürəm. Çünki hamının əlində bir cib telefonu var. Dünya insanların ovucunun içində. Ondan yaxşı şey də ala bilir, pis şey də.

MƏHMƏT BAŞAQ:

-Siz Avropada? Amerikada yaşayan, orada iş quran birisiniz. Qərb dəyərlərinə qarşı bu asilik hardandır? İndi üsyan ifadəsi kimi, asi kəlməsi ilə də razılaşmayacaqsınız qəti olaraq... Rep, hip-hop kimi musiqilər dinləyəndən bunları eşitmək bir az asilik kimi görünür də... 

-Mən 1992-2007-ci illərdə Amerikada yaşadım. 50 Centin heyranıyam. Şöhrət olduğunda belə mənəviyyatını itirməyən bir gəncdir Kertis Cekson. Maddi anlamda da çox zəngindir. Yaşam standartı, dünyaya baxışı fərqlidir. Türkiyəyə gəldi-Acunun qonağı oldu, müsahibəsində hədsiz təvazökarlıqla danışırdı. Sarılıb öpmək istədim. Bizimkilər bir az şöhrət oldularmı, təşəxxüs satarlar. 

-O təşəxxüs satanların yolu "MD produksion”dan keçdim?

Mənə görə "ay, küçədə bunu gördüm deyib” heyrət edilən ünlülər sadə insanlardır. Var təbii, Yıldız Tilbə, Çingiz Kurtoğlu, Necat Alp, Kadir Taştan, Hakan Altun, Münir Doğanay... indilik ağlıma gələn ünlü isimlər. Onlarla çalışdıq biz. Bu gün də çalışırıq. 

-O anasız uşağı həyat Amerikaya necə götürdü?

-Mən Trabzonun Of mahalındanam. Amma İstanbula böyüdüm. Zəngin bir ailədənəm. Kasıblıq görmədim. Bizdə baban sağkən mal bölünməz. Mənim baban da indi 83 yaşında. O zaman işinin başında özü dururdu. Biz bu iş üstündə inadlaşdıq və mən Amerikaya getdim. Ora getdiyimdə bir şeyim yoxdu. Demək ki, ruzim orada imiş. İndi Amerikanın bir neçə ştatında iş yerlərim var. Bu arada inadlaşdım dedim, babamla. Amma küsmədim və onu çox sevirəm. 

-Sizin içinizdə hələ də böyüməyən uşaq var. Anasızlıq dadmış, hələ də içində 11 yaşlı uşağı daşıyan bu adam, savaşların, həyatın acılarının içindən çıxa bilməyən uşaqlara sehrli çubuğu ilə toxunmağı, həyatlarını dəyişməyi düşünübmü? Daha başqa cür desəm bir cocuğu yemlədinizmi? Bir musuqiçinin yetişməsində mənim də payım olsun dedinizmi?

- Mənəvi yöndən 11 yaşındayam, toxunsalar ağlaram. Bir cocuga və ya bayana həqarət olsa qəzəblənərəm. Bu dünya imtahan dünyasıdır. Mənim ruhum uşaq yaşında. Yaxşı ki, hələ də daxilimdə ana həsrəti qalıb. Bu duyğular mənə sevinc verir. Əlimdən gəldiyi qədər bir şeylər edirəm. Bundan başqa Azərbaycan və Türk Cümhuriyyətləri ilə bağlı layihələrim var. Mədəniyyətimizi, şeirimizi, musiqimizi tanıtmaq və tanımaq adına xeyriyyə konsertləri düzənləmək kimi böyük bir layihə gerçəkləşdirməyi düşünürəm. 

O ki, qaldı nələrisə etdimmi və ya planımda varmı- deyim. Fağırı yedirtmək savabdır. İnsan bunu gizli edər. Etdiyini söylərsə bu, təkəbbürə girər. Çünki Allah "bunu gizli edənin mükafatı var” deyər. Pişik yemək yeyəndə gözünü qapadır. Ruzinin Allahdan gəldiyini bildiyi üçün. Mən Rəbbim bilsin deyə edirəm. Mənəvi olaraq birinin əlindən tutarsanmı deyirsənsə, tuturam. Biz də bir yerə gəldiksə, bunu paylaşırıq.

MƏHMƏT BAŞAQ:
-Bəs maddi anlamda?

-Allahtala zəkat vermək imkanınız varsa, onu verin deyir. O aşkar verilir. Başqaları da bundan örnək alsın, davam etdirsin deyə. Təbii ki, maddi anlamda da yardım etmişliyim var, amma bunu söyləməyəcəm.

-Bəziləri zəngin olmaz, özünü zəngin göstərər, bəziləri də tam tərsi, o qədər zəngilkdə özünü sanki indi səndən borc istəyəcək kimi aparar. Sanki bir az da qorxarlar. 

Zənginlik nədir-Güc və Para! Zəngin olan insanlar ürkəkdirlər. Ən kiçik bir şeydən narahat olarlar. Əlindəki gücü və paranı qeyb etməmək üçün ona möhkəm sarılarlar. Bizdə bir deyim var. Zənginlik civə kimidir, onu ovucunda tuta bilməzsən. Əslində önəmli olan da ovucunda tuta bilməkdir. Xeyirli işlər görərkən qorxmazsan. Elə olanda yıxıldığın zaman belə insanlar sənə görə üzülər və sənə eyni münasibətdə qalmaqda davam edərlər. Bayaq pişikdən misal çəkdim. Bizə ruzini-zənginliyi verən Allahdır. Bunu unutmayın deyir Allah. Cənnət anaların ayaqları altında olduğu kimi, cənnətin açarları da zənginlərin əlində olacaq. Amma baxır hansı zənginlərin. Necə ki, uşağı doğub sonra zibilliyə atan ananın ayağı altında cənnət axtarmağa dəyməz, eləcə də hər zəngin cənnətin açarlarına sahib ola biləcək deyə bir şey yoxdur! Zənginlik insanlara verilən qiymətdir. 

-Zənginliklə qalın, Məhmət bəy, həm maddi, həm mənəvi...


Söhbətləşdi: Tünzalə VƏLİQIZI
Moskva-İstanbul- Moskva
 

Miq.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar