Gürcüstanda qanlı günlər: nələr ola bilər?

22-06-2019, 14:55   

 


   
21 iyun Gürcüstan tarixində qanlı gün kimi yadda qalacaq və bunun da əsas səbəbkarı Bidzina İvanişvilidir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstanda baş verən aksiyalar haqqında danışarkən deyib. O bildirib ki, Rusiyanın verdiyi son bəyanatlar gürcüləri daha da qızışdırır:
“Bildiyimiz kimi, iyunun 20-də Tiflisdə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi etiraz aksiyasının əsas səbəbidir. Bu hadisə gürcülərin səbrini daşıran son damla oldu. Onlar və xüsusi ilə Mixail Saakaşvili tərəfdarları bu hadisəyə sərt reaksiya verib xalqı küçələrə çağırdı. Bundan sonra gürcü xalqı küçələrə çıxıb aksiyalara başladı. Aksiyada polislə yaranmış qarşıdurmada yüzlərlə insan xəsarət aldı və hətta bəzi məlumatlara görə aksiyada həyatını itirənlər də oldu. Bütün bunlar onu göstərir ki, polislərə "vur" əmri verən şəxsən Bidzina İvanişvili olub. O öz bəyanatında bunu inkar etməyə çalışır, amma xalq onun sözlərinə təbii ki, inanmır".
Politoloq bildirib ki, proseslərin nəticəsi olaraq ölkədə antirus mövqe güclənib və Rusiya əleyhdarları bu məsələdə güzəştə getmək niyyətində deyil:
"Üstəlik, Rusiyanın verdiyi son bəyanatlar gürcüləri daha da qızışdırır. Hətta Tiflisdə belə bir fikir formalaşıb ki, Rusiya Gürcüstanı iki yerə ayırıb, dövlət müstəqilliyə son qoymaq istəyir”.
Politoloq Gürcüstanda vəziyyətin daha da ağırlaşacağını və növbədənkənar seçkilərin keçirilə biləcəyini bildirib:
“Bir sözlə, Gürcüstanda vəziyyət getdikcə ağırlaşır. Xalq daxili işlər nazirinin istefasını tələb etsə də, bu istefa qəbul edilmir. Çünki Bidzina İvanişvili bilir ki, Daxili İşlər naziri Giorgi Qaxarian istefaya getsə, ölkədə hər şey dəyişəcək. Bu səbəbdən onu istefaya göndərmir. Ümumiyyətlə, Gürcü Arzusu partiyasının fəaliyyəti ilə bağlı ölkədə çox ciddi narazılıqlar var. Üstəlik Gürcüstan Prezidenti Salome Zurabişvilinin aksiyaçıları Rusiyanın maraqlarına xidmət etməkdə ittiham etməsi etirazçıları daha da qızışdırdı. Hesab edirəm DİN rəhbərindən sonra xalq prezidentin də istefasını tələb edəcək. Bu da qonşu ölkədə növbədənkənar prezident seçkisinə səbəb olacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar