Həbsxanada at oynadan "Fira" və Rəşad kimdir? - Məhkəmə hökmünü hakimdən qabaq elan edir...FOTO

24-06-2019, 12:54   


Həbsxanada at oynadan


Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında yaxın qohumu cəza çəkən vətəndaş orada baş verən neqativ halların insanlara maddi ziyanla yanaşı, mənəvi əzab verirdiyini deyir. Criminal.az saytına daxil olan şikayət məktubunda deyilir ki, istintaq təcridxanasının qeydiyyat şöbəsində olan bir sıra qanuna zidd hərəkətlər və məxfiçiliyin pozulması halların qarşısı alınmalıdır. 
Belə ki, həmin müəssisənin qeydiyyat şöbəsinin rəisi təyin edilmiş baş leytenant Rəşad Rəhimov onsuz da dərdli insanların hissləri ilə oynamaqla yanaşı, onları soyur:

"Rəşad saxlanılan şəxslərin cinayət işi üzrə icratda olan məhkəmə instansiyalarında olan hakim köməkçiləri ilə əlaqə saxlayaraq, ilkin olaraq hansı həbs edilmiş şəxsə hökm oxumamışdan qabaq veriləcək cəza müddətini öyrənir. Sonra həbs edilmiş şəxsin valideyinləri ilə əlaqəyə girərək onları aldadaraq, kömək edəcəyini yalandan vəd etməklə güya hansısa məhkəmə hakimi ilə danışdıqını bildirməklə valideyinlərlə qanunsuz əlaqəyə girməklə onları aldadır". 

"Bütün günü telefonda ancaq vətəndaş aldadılması ilə məşqul olan bu əməkdaş hətta kənardan valideyinlərlə danışıb güya qanuni nümayəndə adı ilə məhkumlarla valideyinləri öz iş otaqında görüşdürməklə ibtidai istintaqa mane olmaqla hec yerə bu haqda qeydiyyat belə aparmır. Hətta təcridxanaya giriş qapısında belə qeydiyyat aparılmır. Bundan başqa, Qeydiyyat şöbəsi məxfi sənədlər olan, əhəmiyyətli vacib şöbə olmasına baxmayaraq, rəis Ruslan Rəsulovun bilavasitə təşəbbüsü ilə həmin şöbəyə təcridxanaya yeməkxana müdiri kimi işə götürülmüş heç bir ali təhsili olmayan 56 yaşlı qadın Fira Məmmədova Qeydiyyat şöbəsinə işə cəlb edilib". 

Şikayətçi yazır ki, məxfi və önəmli sənədlərlə işləmək həmin şöbənin rəisi Rəşad Rəhimov və digər məxfi yoxlamadan keçirilmiş əməkdaşlar işləmək əvəzinə bu aidiyyatı olmayan qadın bu işləri görməklə məşquldur:
"Özünü isə sıravi vətəndaşa ədliyyə zabiti kimi təqdim etməsi, bu az kimi həmin qadın bundan başqa təcridxanadan kənarda, saxlanılan şəxslərin qohumları ilə görüşərək sənədlərin yazılması, kserosurəti və apellyasiya şikayətkəri verilməsi və digər hüquqi xidmətlər görməsi üçün təcridxanada heç bir hüquqi səlahiyyəti və təhsili olmadan ştatdan kənar vəkilliklə də məşğul olur. Maddi umacaq əvəzinə hətta məhkəmə və istintaqın gedişatına mane olsa da belə, bu qadın lazımsız sənədləşmə işləri aparır. Şöbə rəisi Rəşad Rəhimovun bu qanunsuz hərəkətləri və məxfi bir şöbədə kənar bir şəxsin qanunla qadağan edildiyindən işə kənar şəxslərin yol verilməz olduğu halda həmin şöbədə təhsili olmayan və məxfi işlə işləməyə buraxılışı olmayan bir Fira adlı qadının işləməsi, orada olan nöqsanlardan söz açmaq olar. Bu Gəncə və ətraf rayonlarda yaşayan vətəndaşların dəfələrlə narazılıqına səbəb olub. Lakin edilən bu hərəkətlər rəhbərlikdən dəfələrlə gizlədilib. Gələcəkdə xoşa gəlməz nəticələrə səbəb olmaq ehtimalı cox böyükdür".
Təcridxananın rəisi Ruslan Rəsulov Criminal.az saytına açıqlamasında deyilənlər böhtan olduğunu bildirdi. Rəisin sözlərinə görə, təcridxana əməkdaşlarının xidməti nəzarətindədir, heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar