Avropalı alimlər və meteoroloqlar anomal istilərə görə bu ilin sonuna qədər minlərlə insanın öləcəyini bildirib.
Bu barədə “The Washington Post” qəzeti məlumat verib.
Finlandiyalı meteoroloq Mika Rantenan bu il Fransa üçün bu günə qədər görülməmiş yüksək temperatur qeydə alıb. Posdam universitetindəki alim Stefan Ramstorfun sözlərinə görə, havanın yüksək temperaturu “səssiz bir qatildir”: “2003-cü ildə Avropada anomal istilərə görə 70 min insan ölmüşdü, ötən il isə Almaniyada azı min nəfər həyatını itirib”.
Mütəxəssislərin sözlərinə görə, ən yüksək temperatur Avropanın qərb və mərkəzi hissələrində olacaq.
Meteoroloq Zilom Vaznitsa ötən gün Fransada havanın temperaturunun 45 dərəcədən yüksək olduğunu qeyd edib. Bu da bu günə qədər Fransa üçün ən yüksək göstərici sayılır.
Qeyd edək ki, 2003-cü ildə Fransada ən yüksək temperatur 44.1 olub və 11 mindən çox insan istilərə görə həyatını itirib. /Yeniavaz.com/