İraq ordusu Rusiyadan sifariş etdiyi "Sukhoi" hərbi təyyarələri ilə İŞİD-in səhrada yerləşən mövqelərini bombalayacaq.
Axar.az xəbər verir ki, İraq Təhlükəsizlik Komitəsinin üzvü Abbas əl-Bəyati açıqlamasında 10 ədəd "Sukhoi" təyyarəsinin ölkəyə gətirildiyini və bundan sonra da sifariş ediləcəyini bildirib.
Bəyati alınan bu təyyarələrdən Mosuldakı döyüşlərdə və "İraq Şam İslam Dövləti" təşkilatının səhradakı hərbi düşərgələrini hədəf almaqda istifadə ediləcəyini qeyd edib.