Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Osakada "G20" sammiti çərçivəsində ikitərəfli görüş başlayıb.
APA TASS-a istinadən xəbər verir ki, görüşün bir saat və ya saat yarım davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, D.Tramp 2018-ci ilin dekabrında V.Putinlə Argentinada “G20” sammiti çərçivəsində nəzərdə tutulan görüşü təxirə saldıqdan sonra baş tutan ilk görüşdür.
2018-ci ilin dekabrndan bu yana iki ölkə lideri bir dəfə bu ilin mayında telefonda danışıblar.