“Müharibə qısa çəkməyəcək”.
Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Nazir tvitter hesabında yazdığı fikirlərində bildirib ki, Vaşinqton hökuməti İrana qarşı müharibəyə başlasa, İran müharibəni bitirən tərəf olmayacaq.
ABŞ prezidenti Donald Trampın isə İran məsələsində yanılması sülhü təhlükə altına salır.
Zərif həmçinin, qeyd edib ki, ABŞ-ın İrana sanksiyaları müharibənin alternativi deyil, müharibənin özüdür. Trampın “İranı yox edərik” təhdidi isə “soyqırım” və “müharibə cinayəti” anlamına gəlir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “Fox Business” kanalına açıqlamasında ABŞ-İran arasındakı ehtimal olunan müharibənin uzun çəkməyəcəyini demişdi. (publika.az)