Tələbələr istədi, dərs saatı dəyişdirildi -Azərbaycanda

28-06-2019, 17:30   




Tibb Universitetində tələbələrin istəyi ilə dərs saatları dəyişdirilib.
Bakupost xəbər verir ki, Elmi Şuranın qərarına əsasən, universitetdə dərslərin saatları dəyişdirilib. Bundan sonra I dərs saat 08:30-10:00 arasında, 15 dəqiqə fasilədən sonra II dərs saatı 11:15-11:45 arasında olacaq. 45 dəqiqə fasilədən sonra III dərs saat 12:30-14:00 arasında və 15 dəqiqəlik fasilədən sonra sonuncu IV dərs 14:15-15:45 arasında olacaq.

Bundan əlavə, 2019/2020-ci tədris ili üçün tədris işçi planına dəyişiklik edilib. I kurs tələbələri üçün kredit sayı azaldılıb, iki semestrdə tədris olunan fənlər birləşdirilərək bir semestrdə tədris olunması qərara alınıb. 

Qərara əsasən, I kurs tələbələri üçün fənlər fakültələr üzrə növbəli tədris olunacaq. Növbəti tədris ilində universitetin ayrı-ayrı fakültə və kurslarında tədris yeni iş rejimində aparılacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar