Azərbaycanda DƏHŞƏT: canavarlar sürüyə hücum etdi, insanları parçaladı - YARALILAR VAR

28-06-2019, 19:05   




Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib. 

Hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.
 
Yaralıların hamısı rayonun Xaçmaz kəndinin sakinləridir.

Bunlar 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

15 yaşlı Tural Məmmədnəbiliyə sol əlin bazu nahiyəsinin, sol ayağın və budun canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovaya sol və sağ əlin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyətləri kafidir.

Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılır. (Report.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar