Merkel titrəyir, Çaves isə xərçəngə məğlub olmuşdu...

30-06-2019, 12:17   


Dünya prezidentləri hansı xəstəliklərdən əziyyət çəkirlər? 

Bu günlərdə Almaniyanın kansleri Angela Merkelin titrəməsi dünya mediasının müzakirə mövzusuna çevrilmişdi. Ümumiyyətlə, prezidentlərin, baş nazirlərin, bu və ya digər ölkənin idarəsində iştirak edən şəxslərin səhhəti, sağlamlığında özünü göstərən problemlər ciddi şəkildə ölkələrinin, eləcə də dünyanın müzakirəsində olur. 

Musavat.com xatırladır ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putinin də zəhərlənmə ehtimalına qarşı hər yerə öz fincanı ilə getməsi ölkə başçılarının öz səhhətləri məsələsində necə həssas olduğunu göstərir. Odur ki, maraqlanaq. Hansı ölkənin prezidenti sağlamlığında problemlər yaşayıb? Bunları necə həll edib? Bu problemlər ölkə idarəetməsinə təsir göstəribmi?

PREZİDENT KÜRSÜSÜ XƏRÇƏNGƏ QALİB GƏLƏ BİLMƏDİ 

2013-cü ilin 6 martında Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib. Martın 5-də öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib.

Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar edilib. O, əməliyyatdan sonra 2 ay Havana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə qəfil Karakasdakı hərbi hospitala köçürülüb. 2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves 4 dəfə cərrahiyyə əməliyyatı keçirsə də, ölümdən qaça bilmədi.

Amma U.Çavesin xəstəlik xəbəri ilk gündən etibarən mediadan və ictimaiyyətdən gizlədilməyib. Onun müalicəsi ilə bağlı mediaya təfərrüatlı olmasa da, məlumatlar çatdırılıb. Müalicə dönəmində isə Qərb mətbuatında onun ölümü ilə bağlı dezinformasiyalar geniş yer tutub.

Amerika prezidentləri içərisində ən çox xəstəlikdən əziyyət çəkən isə Franklin Ruzvelt olub. O, artıq 38 yaşından ürək tutmaları yaşamağa başlayıb. Həmçinin, qanda yüksək təzyiq, sinir sisteminin zədələnməsinə, əzələlərin iflicinə gətirib çıxaran poliomielit, damar bərkiməsi kimi tanınan ateroskleroz kimi xəstəlikləri onun ayaqlarının yavaş-yavaş iflic olmasına gətirib. İki ayağı da iflic olan Ruzvelt həyatının sonuna qədər əlil arabasında gəzib. Təbii ki, Ruzveltin sağlamlığı prezident olduğu illərdə ictimaiyyətdən gizlədilsə də, ölümünə yaxın açıqlanıb. Xroniki ürək çatışmazlığı, hipertoniya, kəskin bronxit və ağ ciyər xəstəlikləri kimi bir çox problemlərlə mübarizə aparan Ruzvelt sonda beyin qanamasından həyatını itirib.

ÐаÑÑинки по запÑоÑÑ Ronald Reyqan

PREZİDENT ALSQEYMER XƏSTƏSİ OLDU, DEBATDA BÜTÜN FAKTLARI UNUTDU 

2014-cü ilin fevralında Ermənistan pezidenti Serj Sərkisyanın ağır xəstə olması və xəstəliyini gizlətməsi məsələsi ciddi müzakirələrə səbəb olub.

Qalmaqal Serj Sərkisyanın Cənubi Koreyada lif hüceyrələri ilə müalicə alması barədə xəbərin yayılmasından sonra başlayıb. Belə ki, Cənubi Koreyanın chosun.com saytının yanvarın sonlarında yaydığı məlumata görə, Serj Sərkisyan bu ölkədə bir həftə vaxt keçirib və lif hüceyrələri ilə müalicə alıb.

Əslində cidd-cəhdlə gizlədilən məlumat ortaya çıxıb və erməni mətbuatı da bu barədə yazmağa başlayıb. Bundan sonra prezidentin mətbuat xidməti də məlumatı təsdiq etməyə məcbur olub. Lakin Serj Sərkisyan məsələni bu yerdə qoymayıb və geri qayıdan kimi məsələnin Koreya mətbuatına çıxmasında günahkar saydığı səfir Armen Sərkisyanı cəzalandırıb. Hətta səfirin baş nazir Tiqran Sərkisyanın qardaşı olması da ona yardım edə bilməyib. Serj Sərkisyan bununla kifayətlənməyib və Ermənistan milli təhlükəsizlik xidmətinin rəis müavini Romik Arutunyanı da işdən çıxarıb. Prezident bu addımlarına heç bir səbəb göstərməyib.

Tarixin tozlu qatlarında qalan daha bir xəstəlik xəbəri isə 1985-1989-cu illərdə ABŞ prezidenti olmuş Ronald Reyqanaaiddir. Prezident olduğu dönəmdə onda alsqeymer xəstəliyinin əlamətləri olub. Bu barədə “Atamın 100 yaşı var” adlı kitabda onun oğlu Ron Reyqan yazıb. Xəstəliyin ilk əlamətləri 1984-cü ildə seçki debatları zamanı müşahidə edilib. Opponenti Volter Mondeyllə debat zamanı Reyqan bəzi adları və faktları yaddan çıxarıb.

Amma xəstəliklə bağlı dəqiq diaqnoz 1994-cü ildə qoyulub. Həmin vaxt o, artıq prezidentlik müddətini başa vurmuşdu. Ronald Reyqan 93 yaşında, məhz bu xəstəlik nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, alsqeymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.

ÐаÑÑинки по запÑоÑÑ Argentina prezidenti Kristina Fernandez de Kirçner

CƏNUBİ AMERİKA PREZİDENTLƏRİ NİYƏ XƏRÇƏNGDƏN QURTULA BİLMƏYİB? 

Bu günə kimi xərçəng xəstəliyinə düçar olan prezidentlər də az deyil. Araşdırma göstərir ki, məlum xəstəlikdən əziyyət çəkən prezidentlər daha çox Cənubi Amerika ölkələrinin liderləridir. Bir-birinin ardınca amansız xəstəliyə tutulan prezidentlər bunun səbəbini müxtəlif cür izah etməyə çalışırlar.

Kolumbiyanın prezidenti Xuan Manuel Santosun prostat vəzidə olan xərçəngdən əziyyət çəkdiyi məlum olub. 61 yaşlı prezidentin məhz bu xəstəlikdən əməliyyat olunacağı deyilirdi.

Bu xəstəliyə tutulan Cənubi Amerika prezidentlərinin sayı 6-ya qədər olub. Onların sırasında Braziliya lideri Dilma Ruzef, Argentina prezidenti Kristina Fernandez de Kirçner, Paraqvay prezidenti Fernando Luqo da var. Yuxarıda da qeyd etdiyimiz kimi, Venesuelanın mərhum prezidenti Uqo Çaves dörd dəfə xərçəngdən əməliyyat edilsə də, sağalmaz xəstəlik onun ölümünə səbəb oldu.

Braziliyanın keçmiş prezidenti Luis İnasio Lula da Silva da xərçənglə mübarizə aparan prezidentlərdəndir. Braziliyanın indiki prezidenti Dilma Ruzef də şiş xəstəliyinin daşıyıcılarındandır. O, 2009-cu ildə xərçəngə yoluxub.

Argentina prezidenti Kristina Fernandez de Kirçner bu xəstəlikdən əməliyyat olunub. Paraqvay prezidenti Fernando Luqo 2010-cu ildə xərçəng olduğunu bilib və hazırda müalicə olunur.

Xərçəngə yoluxan liderlər arasında digər qitənin prezidentləri də var. Polşanın keçmiş prezidenti Voytsix Yaruzelski xərçəng xəstəliyinə tutulub. Xəstəlik Polşanın sonuncu kommunist lideri, 87 yaşlı Yaruzelskidə Varşavadakı hərbi hospitalda müayinə zamanı aşkar olunub.

ÐаÑÑинки по запÑоÑÑ Nikola Sarkozi

FRANSA PREZİDENTLƏRİ DƏ XƏSTƏLƏNİB, AMMA XƏSTƏLİKLƏRİNİ GİZLƏDİBLƏR 

Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin də müayinə zamanı xərçəng xəstəsi olduğu üzə çıxıb. Ona “V dərəcəli xərçəng” diaqnozu qoyulub.

2011-ci ildə Türkiyənin o zamankı baş naziri, indiki prezidenti Ərdoğanın da xəstəliyi medianın əsas mövzularından biri oldu. Baş nazir həmin vaxt laparoskopik əməliyyat keçirdi. Media əməliyyatın onun öd kisəsində aparıldığını yazdı. Daha bir ehtimal isə onun kolin xərçəngi olması idi.

2014-cü ilin martında Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon Barrankilya şəhərində tərəfdarları qarşısında çıxış edərkən şalvarını batırıb. Bu hadisə barədə “Daily Mail” qəzeti məlumat və videokadrlar yayıb. Bildirilir ki, bu olaydan sonra nəzərlər xərçəng xəstəliyindən əziyyət çəkən və əməliyyat keçirən prezidentin səhhətinə yönəlib. 2012-ci ildə Kolumbiya prezidentində xərçəng xəstəliyi aşkarlanıb və həmin il o, əməliyyat olunub. Kalderon bildirib ki, bədxassəli şiş metastaz verməyib. Həkimlər prezidentin tam sağalmaq ehtimalını 97 faiz səviyyəsində qiymətləndiriblər.

Fransa dövlət başçıları da öz sağlamlıq vəziyyətlərini daim gizlətməyə çalışırlar. Sabiq prezident Nikola Sarkozinin idman zamanı huşunu itirib yıxıldığı bilinir, ancaq həkimləri onun xəstəliyi ilə bağlı heç bir açıqlama vermədən, sadəcə vəziyyətinin yaxşı olduğunu deyiblər.

Daha əvvəl isə prezident Georgi Pompidonun xəstə olduğu gizlədilirdi, ancaq prezidentlik müddətində dünyasını dəyişməsindən sonra onun qan xərçəngindən əziyyət çəkdiyi açıqlanmışdı. 1981-95-ci illərdə Fransanı idarə edən Fransua Mitteran da vəzifədən uzaqlaşdıqdan bir neçə ay sonra prostat xərçəngindən ölüb.

Açıqlamaya görə, keçmiş prezident 11 ay boyunca həkimlərə sağlamlıq bulletenlərinin saxtalaşdırılmasını əmr edibmiş.

Hazırkı prezident Emmanuel Makronun sağlamlıq göstəriciləri barədə də ictimaiyyətə heç bir məlumat verilməyib.

Sevinc TELMANQIZI, musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar