Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb - NAZİRLİK

30-06-2019, 18:10   

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.
 
Departamentdən Demokrat.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Ağdamda 23, Şahdağda, Daşkəsəndə 22, Xaltanda, Gədəbəydə 19, Zərdabda 16, Tərtərdə, Kişçayda 14, Göygöldə 13, Göyçayda, Şəmkirdə 12, Oğuzda 10, Altıağac, Quba, Şabran, Gəncədə 9, Naftalanda 8, Qusar, Kürdəmir, Tovuzda 7, Yevlax, İsmayıllıda 6, Bərdədə 5, Şəki, Mərəzə, Qəbələdə 4, Balakən, Ağdərədə 3, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2, Şamaxı, Mingəçevirdə 1 millimetr olub.
 
Ölkə ərazisində qərb küləyi əsib, arabir Naftalanda 32, Mingəçevirdə 28, Gəncədə 24, Bərdə və Ağstafada 16, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda saniyədə 19-28 metrədək güclənib.
 
Neft Daşları Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.
 
Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə enib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar