Bir neçə gün əvvəl dünyasını dəyişən idmançı Fərhad Poladovun sevgilisi Ülkər Abbaslı instaqramda idmançı haqqında xatirələrini paylaşıb.Publika.az xəbər verir ki, Ülkərin sevgilisi ilə son yazışmalarını hər kəsi təsirləndirib:
"Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. Sənsiz inan ki, boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram. Mən sənsiz nə edəcəyəm? Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir. Düşmənimə də azrulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşallah yanına tez gələcəm. Nur içində yat, Sevgilim".
Qeyd edək ki,
2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazananF.Poladov dünən "Koroğlu” metrostansiyasının yaxınlığında özünün "Niva” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai” markalı avtomobillə toqquşub.