ƏMANƏTLƏRİN SIĞORTALANMA FAİZİ AZALDILDI – Hansı əmanətlər təhlükədədir?
1-07-2019, 14:36
Ekspert:“Banklar hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb sonra yüksək faizlə digər vətəndaşımıza verirlər” Son 1 ildə banklarda depozitlər üzrə dividentlərin aşağı düşməsi nəticəsində qorunan əmanət faizlərinin yuxarı həddi azaldılıb.Bu barədə Əmanətlərin Sığortalanması Fondu qərar verib. Belə ki, bu gündən etibarən Əmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib. Bu o deməkdir ki, milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb. Artıq bu gündən sonra banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər. Fondun son qərarından sonra bir sıra vacib məqamların bölüşdürülməsinə ehtiyac var. Bank üzrə ekspert Əkrəm Həsənov Fondun qərarını bizimyol.info-ya şərh edib. Ekspert bildirib ki, bu günə kimi qorunan əmanətlər üzrə faiz dərəcəsinin yüksək həddi milli valyutada 15 faiz, xarici valyutda 3 faiz idi:“Bu o deməkdir ki, bu faiz dərəcəsindən yuxarı qoyulan əmanətlərin bu gündən başlayaraq sığortası olmayacaq. Vətəndaşlar buna xüsusilə diqqət yetirməlidir. Əgər kimsə bu günə kimi milli valyutada əmanətini 15 faizlə sığortalatdıbsa, əmanətin qoyulma müddəti bitəndən sonra mütəq əmanəti 10 faizlə banka qoymaq lazımdır. Çünki əks halda bank əmanəti yüksək faizdə saxlayacaq və sabah bank bağlananda əmanətçiyə deyəcəklər ki, o əmanətin sığortası yox idi. Yəni əmanətini sığortalı olmasını istəyən əmanətçi əmanətini aşağı faizlə banka qoymalıdır”. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əvvəlla, əmanət faizləri azalsa da, hələ də kredit faizləri yüksə olaraq qalır: “Banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb, sonra yüksək faizlə digər vətəndaşımıza verirlər. Sistem əhəmiyyəti banklarda manat ilə depozitlərə 7 faiz təklif olunsa da kredit faizləri 29 faizədən yüksədir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib, onun üzərinə 22 faiz əlavə edərək digər vətəndaşımıza kredit kimi təklif edir. Əmanətlərin qorunan faizləri azaldıqdan sonra kredit faizlərinin aşağı salınması istiqamətdə fəaliyyətinin genişləndirilməsinə və ən əsası bank sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var. İkincisi,fondun qərarına əsasən, bu gündən etibarən banka qoyulan vəsaitlərə 10 faizdən çox dividend təklif edən əmanətlər qorunmur. Yəni, əgər vətəndaşımız 11 faizlə bankda kredit yerləşdirsə və o bank müflis olsa, onun depoziti qorunmuş hesab edilməyəcək. Buna görə də, vətəndaşlarımız əmanət yerləşdirən zaman bu halı nəzərə alsalar yaxşı olar. Üçüncüsü, qorunan əmanətlər üzrə yuxarı həddin 10 faizədək azaldılmasına baxmayaraq əvvəlki dövrdə 10 faizədən çox, 15 faizdən az olan milli valyutada olan əmanətlər müavilə müddətində qorunmuş hesab olunacaq. Məsələn, vətəndaşımız ötən ay bankda 1 illik 14 faizlə milli valyutada əmanət yerləşdirib və bu gündən qorunan əmanətlər üzrə yuxarı hədd 10 faizədək azaldılıb. Buna baxmayaraq həmin əmanət qorunmuş hesab olunur. Dördüncüsü, əvvəlki dövrdə milli valyutada 10 faizdən çox qorunan əmanət yerləşdirən vətəndaşımız müqavilə bitən zaman yeni müqavilə bağladıqda qorunan əmanət seçməsi vacibdir. Beşincisi,qorunan əmanətlərin yuxarı həddinin 10 faiz olması 12 faizlik depozitdə 10 faizin sığortalanması anlamına gəlmir. Bizə olan müraciətlər də göstərir ki, bəzi hallarda bu məsələdə qeyri- müəyyənliklər olur. Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox dividend təklif edən heç bir milli valyutada olan əmanənət sığortalanmayacaq. Bu baxımdan, vətəndaşlarımızın öz vəsaitlərini qorunun depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”.