Yoxa çıxan Şeyx arvadı və 40 milyon dollar: İZ İTİRİLİB

1-07-2019, 18:36   


Yoxa çıxan Şeyx arvadı və 40 milyon dollar: İZ İTİRİLİB

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin həyat yoldaşı, şahzadə Heyyanın milyonlarla dolları götürərək Almaniyaya qaçdığına diar xəbər yayılıb. 

Almaniya XİN qaçqın statusu üçün müraciət edənlərlə bağlı məlumatları açıqlamadığından, bu barədə quruma ünvanlanan sual cavabsız qalıb.

Cebhe.info xəbər verir ki, bunu XİN təmsilçisi Mariya Adebar bildirib.

"Mən informasiyanı təsdiqləyə bilmərəm, bizdə bu vəziyyəti təsdiqləyəcək xəbər yoxdur",- deyə o vurğulayıb. O da bildirilib ki, bu qəbildən məlumatlar Almaniya DİN-də də olmur.

Xatırladaq ki, Şeyx Məhəmməd bin Rəşidin arvadı olan Heyya uşaqlarını və 40 milyon dolları götürərək ölkədən qaçıb. Onun hələ fevralın əvvəlində yoxa çıxdığı bildirilir. Təxminlərə görə, qadın Almaniyada gizlənir və onun yanında 11 yaşlı qızı, 7 yaşlı oğlu da var. Mətbuatın yazdığına görə, şahzadə öz təhlükəsizliyinə görə Şeyxin yanından qaçıb. 

"The Sun" yazır ki, bu, iki ölkə arasında diplomatik qalmaqal yarada bilər. Əmirlik artıq qaçqınların geri göndərilməsi üçün Almaniyaya müraciət edib, ancaq qarşı tərəf rədd cavabı verib. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar