Milli Məclisin növbədənkənar iclasının çağırılmasının səbəbi məlum olub. Bakupost.az-ın bir neçə parlament üzvü ilə dəqiqləşdirdiyi xəbərə görə, növbədənkənar iclasda hansısa gözlənilməz qərarların qəbul edilməsi gözlənilmir.
Deputatlar bildirib ki, bu iclaslar əslində ötən ayın sonlarında keçirilməli idi, lakin bu aya qalıb. İclasda parlamentin yaz sessiyasında qəbul edilməli olan bir neçə qanunun müzakirəyə çıxarılıb qəbul ediləcəyi gözlənilir.
**
13:31
Bakupost xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov virtualaz.org-un sorğusuna cavab olaraq təsdiq edib ki, yaxın günlərdə parlamentin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir.
***
İyulun 9-da Milli Məclisin növbədənkənar iclası çağırılıb.
Bakupost xəbər verir ki, Virtualaz.org-a bu barədə məlumat verən deputat Fazil Mustafa etiraf edib ki, bu, Milli Məclisin iyul ayında növbədənkənar sessiyaya çağırıldığı ilk haldır.
Eyni zamanda, F.Mustafa qeyd edib ki, növbədənkənar sessiyanın gündəliyi haqqında heç bir məlumatı yoxdur.