“Bir şərtim var…” - Lukaşenkodan Ermənistan prezidentinə ŞOK SÖZLƏR

2-07-2019, 20:26   
 

“Ermənistan və Belarus arasında əməkdaşlığın səviyyəsi demək olar ki, sıfır həddindədir. Ölkələr arasındakı ticarətin həcmi təxminən 50 milyon dollardır. Bu, sıfırla müqayisədə pis göstərici deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Minskdə erməni həmkarı Armen Sarkisyanla görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko erməni iş adamlarının Belarusa investisiya yatırdığını, amma bunun üçün şərtlərinin olduğunu bildirib:
“Erməni dostlarımız Belarusa sərmayə qoyurlar, buna görə onlara təşəkkür edirəm. Amma bir şərtim var, dostluq başqa, dövlət başqa…Dövlətin işi biznesə qarışdırılmamalıdır. Belarusa gəl, iş yeri aç, sərmayəni yatır, hesab edirəm ki, bunun üçün şərtimi açıqladım”.
Prezident belarusların ermənilərə yaxşı münasibət sərgilədiyini vurğulayıb: “Belarusların ermənilərə münasibəti yaxşıdır. Tez-tez dediyimiz kimi, biz Sovet insanıyıq. Çox güman ki, Ermənistan da daxil olmaqla, Belarusdan fərqli fikirlər səsləndirən insanlar var, tənqidlər olur, bu da təbiidir”.
Qeyd edək ki, bir müddət əvvəl Aleksandr Lukaşenkonun Baş nazir Nikol Paşinyanı qorxaq adlandırması və Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşdə, Ermənistanın yeni hakimiyyətini kəskin tənqid etməsi, Minsk və İrəvan arasında gərginliyə səbəb olub.
Bundan başqa, Belarus prezidenti Yuri Xaçaturovun istefaya göndərilməsindən sonra KTMT-yə dönəm sədrliyinin İrəvanda qalmasına da etiraz edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar