Putin hakimiyyətdən gedirmi və planları nədir? - “PROQNOZ VERMƏK ÇƏTİNDİR, HƏLƏ GÖRÜLƏSİ ÇOX İŞİM VAR...”

4-07-2019, 09:17   
 


Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra nə işlə məşğul olacağı haqda danışıb. Daha doğrusu İtaliyanın “Corriere della Sera” qəzetinin müxbirinin bu haqda sualına müəmmalı cavab verib.

Rusiya prezidenti deyib ki, onun beş il sonra nə işlə məşğul olacağı haqda danışmaq hələ tezdir. Çünki öz postunda onu hələ çox işlər gözləyir.

“Qarşıda hələ beş illik gərgin iş var. Hazırda bizim dünyada müşahidə etdiyimiz bu cür sürətli dinamika fonunda proqnozlar vermək çətindir. İnanın, mənim hazırda olduğum postda görməli olduğum işlər var”,-o deyib.

Putin etiraf edib ki, Rusiyanın inkişafına dair planları heç də həmişə istədiyi sürətlə yerinə yetirilmir. Bu da qeyri-stabil iqtisadi situasiya və məhdudlaşdırıcı xarici tədbirlərlə bağlıdır.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar