Cavid Qurbanov və Madər Musayev saxta sənədlərlə Qubada torpaq zəbt edib
Quba rayon Qimil-Qazma kənd sakini Rəhimov Bəhruz Bünyədəli oglunun xüsusi torpaq sahəsini əlindən alıblar. Nə qədər qəribə olsa da vətəndaşın torpağını zəbt edib özünü də yaxına buraxmayanlar Milli Məclisin deputatalarıdır. Quba rayon Qimil-Qazma kənd sakini Rəhimov Bəhruz Bünyədəli oglunun xüsusi torpaq sahəsini iki deputat qanunsuz şəkildə zəbt edib.
Şikayətçi bildirir ki ona məxsus torpaq saxta səndlərlə deputatlara verilib. Saxta sənədlərdə "Azəryolservis” ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanovun oğlu Şəmşir Qurbanovunvə milli məclisin deputatı Musayev Madər Ələsgər oglunun adınadır. Hal bu ki , heç bir alqı- satqı olmayıb
Elə bu səbəbdən də deputatlar arsında pay-puş edilən torpağın əsl sahibi Rəhimov Bəhruz onları məhkəməyə verib. Lakin bu günə kimi heç bir instansiya bu haqsızlığa baxmaq istəmir.
Şikayətçi bildirir ki, Quba Natariat Kontorunda bununla bağlı hər hansı alqı-satqı prosesi qeydə alınmayıb. Məsələnin ilginc tərəfi isə ondadır ki, bu barədə natarius Zaur Dəmirov rəsmi sənəd verərək bildirib ki, məhkəməyə təqdim olunan sənəd saxtadır. Lakin ortada da rəsmi olaraq torpaq sənədlərnin saxta olduğu haldaməhkəmə kənd sakini deyil deputatları müdafiə edir.
Şikayətçi bildirir ki, həmin ərazidə deputatlar dəbdəbəli villalar tikdirib, həmin ərazidə Hacı Madar, Cavid Qurbanov və Əbülfəz Qarayev qonşudular. Məsələ ilə bağlı video sujeti sizə tədim edirik: