Etirafçı ifadəsi: “Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi, “onu mənə gətirin”

20-07-2019, 17:46   


“Adnan Oktar 1998-ci ildən kişi kimi iqtidarsızdır, amma....” - Adnan Oktar və dəstəsinin məhkəməsi 17 sentyabrda başlanacaq

Adnan Oktar cinayətkar dəstəsinin istintaqı nəticəsində 171 nəfər həbs olunub, 226 şübhəli haqqında iddianamə hazırlanıb. İstintaq sənədləri artıq İstanbul 30.Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, ilk məhkəmə 17 sentyabr 2019-cu ildə keçiriləcək. İstintaq çərçivəsində zərərçəkən və etirafçı qismində 125 nəfərin ifadəsi alınıb. Şübhəlilərdən 25-nin peşmanlıq hökmlərindən faydalanmaq üçün müraciət etdiyi və bu məsələdə ifadələrinin alındığı qeyd edilir.

Təşkilatın qurucusu və rəhbəri olan şübhəli Adnan Oktarın rəhbərliyindəki silahlı cinayətkar dəstənin 1-i qaçaq olmaq üzrə 13 rəhbəri olduğu və istintaq çərçivəsində 171-i məhkum olmaq şərtilə 226 şübhəli şəxs var. Dəstənin cinayətləri isə aşağıdakı kimidir:

Siyasi və ya hərbi casusluq cinayətinə təşəbbüs etmək, cinayət etmək məqsədilə təşkilat qurmaq və onu idarə etmək, cinayət törətmək məqsədilə qurulan dəstəyə üzv olmaq, dəstəyə yardım etmək, cinsi istismar, insanların təhsil almaq haqqının əngəllənməsi, şantaj, işgəncə, insanın azadlığını əlindən almaq, cinayətlə əldə edilən mal varlığının dəyərini və mənbəyini təmizləmək, həqarət, insanlar arasındakı danışıqların dinlənilməsi və qeydə alınması, rüşvətxorluq, təhdid, şəxsi məlumatların ələ keçirilməsi, qəsdən adam öldürməyə təşəbbüs, silahlı terror təşkilatına yardım etmək, rəsmi sənədləri yox etmək və ya gizlətmək, rəsmi sənəddə saxtakarlıq və cavabdehi gizlətmək”.

Image result for adnan oktar

İstintaq sənədləri və ittiham tərəfi onun 870 il həbsini istəyir.

Bu arada Türkiyə mediası etirafçılardan Beril Qoncagülün açıqlamalarını da təqdim edir. 9 il boyunca Adnan Oktar tərəfindən cinsi istismar, zorlama və işgəncəyə məruz qalan Beril Qoncagül Oktarın yanında keçən illəri “robot kimi idim” deyə təqdim edərək, detallar bardə danışıb: “Bu adam azadlıqda olmamalıdır. Həm döyür, həm də insanı saçından tutub yerlə sürüyür. Belə söyüş, təhqir, həqarət görülməyib. Bu illər ərzində istismara məruz qaldım, döyüldüm. Mənim ilk azadlığım türmədə başladı”.

60 SİLAHLI MÜHAFİZƏÇİ

B.Qoncagül dəfələrlə qaçmağa çalışdığını, A.Oktarın evində 60 silahlı mühafizəçinin olduğunu, özəl kameralarla izləndiklərini, ordakı qadınları daima ona "aşkım, sevgilim" deyə müraciətə məcbur etdiklərini, 7 yaşındakı uşaqları belə cinsi istismar etdiyini etiraf edib.

"AŞİQ OLDUĞUM ONUN ADAMI İMİŞ”

1989-cu ildə dünyaya gəldim. Təşkilata 2010-cu ildə girdim. Fizika üzrə təhsil alırdım, eyni zamanda xaricə gedib memarlıq oxumaq niyyətində idim. Bir agentliyə yazılmışdım. Reklam çəkilişlərinə gedirdim. Adnan Oktar məni ordan izləyibmiş. O, birini görür, gözünə kəsdirir və onu alır... Mənim qabağıma da iş adamı hesab etdiyim Can Yıldızı çıxardı. Bu mövzuların imamıdır. O qədər düzgün, o qədər şahanə, o qədər etibarlı görünürdü ki, aşiq oldum. 21 yaşındaydım. Sonra da o nəvazişli adamın adının Can yox, Bora olduğunu öyrəndim. Halbuki evlənəcəkdik, cehiz almaq üçün birgə mağazalara gedirdik. Demə, Adnanın adamı imiş. Təşkilata girişim də onunla oldu. Son nəticədə onunla evlənəcəkdik, hər şeyi payaşırdıq. Bu nə demək? Bora hər şeyimizi bilir deməkdir”.

"5 DƏFƏ QAÇMAĞA ÇALIŞDIM

9 il boyunca təşkilatın bütün evlərini gəzdim. 2014-c ildən yaxalandığımız tarixə qədər Draqosda, Adnan Oktarın yanında yaşayırdım. 5 dəfə qaçmağa çalışdım, 60 silahlı cangüdən, yüzıərlə kamera olduğu üçün buna nail ola bilmədim. Bəzən atıb-tuturlar ki, pəncərəni qırıb niyə qaçmırsınız? Hər tərəfdə cangüdənlərin, mühafizənin olduğu bir ərazidəsən, hara qaçırsan? “Ailəni acından öləcək hala gətirəcəm” deyə təhdid etməsini də yaddan çıxarmayaq. Bir müddət sonra “Nə olacaqsa, mənə olsun” deyirsiniz”.

"CİNSİ İSTİSMAR EDƏR, DÖYƏR, SÖYƏRDİ”

Image result for adnan oktar

Adnanın evində 18 qadın idik. Oyanacaqsan, dərhal makiyajını edib, paltarını geyinəcəksən, o oyanmadan aşağı enəcəksən. Paltar dediyin də yarıçılpaq vəziyyətdə olmaqdır. Hamı bir yerdə oturur. Bu zaman Adnan üstündə dizlərinə qədər düşən bir tumanla qarşına gəlir. Bütün gün də evdə elə gəzir, biləsiniz. Döyür, söyür, başımızdan aşağı yemək tökür, söyür, təhqir edir, cinsi münasibətə məcbur edir. 'Baxışlarını bəyənmədim” deyib, saçından sürükləyər, çılpaq vəziyyətə salıb, yenə döyər. Bunları yaşadıqdan sonra bir də üzr istəyirsən, o da sənə qışqırıb bağırır, sən ona “Tamam, aşkım, bir daha etməyəcəm” deməyə məcbursan. Ona mütləq «aşkım, sevgilim» deyə müraciət etməlisən. Əks halda bunun ciddi və ağır nəticələrinə dözməlisən”.

"UŞAQLARI İSTİSMAR EDİR”

Sadəcə qadınlarla münasibət qurmur. Uşaqları da istismar edir. Onsuz da 7 yaşından sonra cinsi münasibətin doğru olduğunu düşünür. O yaşda uşaqlara da mini yubka geyindirib, cinsi istismar edirdi. Bizi isə striptizə məcbur edir, bəyənməyincə yüz dəfə təkrarladır, videoyazıları müxtəlif kameralarla həyata keçirir, sonra hər kameranın rakursundan buna ayrıca baxırdı. 1998-ci ildən bəri bir kişi kimi iqtidarsızdır, istəsə də heç nə edə bilməz. Amma bu, ona pozğun əməlləri həyata keçirməyə mane olmur.

BARDA GÖRDÜYÜ QADINLAR KİMİ İDİK

Bu əxlaqsız Ankarada böyüyüb. Balaca olanda hər zaman bu barların, pavyonların qabağına gedirmiş. Barda gördüyü qadınların profili, xəyalı bunun beyninə girib. Hamımızı o qadınlara bənzətdi. Adları gizli saxlanılan bir neçə estetik doktor var, əməliyyatları ancaq onlar edir. Ona görə də hamımız bir-birimizə və təbii ki, bar qadınlarına bənzəyirdik. “Mən istəmirəm” demək hüququnuz yoxdur. Əsas odur, o pozğun bunu istəyir.

AYAQQABISINI İSİDİR, QƏZETİNİ TUTURDUQ

Qəzet oxuyanda da pozğunluğundan vaz keçmirdi. İki qız, yarıçılpaq halda qəzeti tutur, səhifələrini çevirir, bu pozğun da oxuyurdu. Artıq qəzeti tutmaqdan əllərimiz titrəyirdi, onun isə vecinə də deyirdi. Telefonu əlinə almır, qızlar qulaına tuturdu. Bir dəqiqə geciksən, aləmi bir-birinə qatırdı. Ayaqqabısını geyinmədən fenlə içini isidirdik.

EVDƏN HEÇ ÇIXMADIM, QURTULUNCA İLK İŞİM GƏMİYƏ MİNMƏK OLDU

9 il boyunca evdən heç çıxmadım. Telefonumuz təqib altında idi, sosİal media hesablarımızı onlar idarə edirdi. Mən təşkilatda olanda atam dünyasını dəyişdi, onu görə bilmədim. Cənazəsinə, məzarına gedə bilmədim. İndi də bayıra tək başına çıxmaqdan qorxuram. Qardaşımla çıxıram. Onunla birlikdə gəmiyə mindik, dəniz çox gözəldi. Bu şəhər mənim qoyub getdiyim kimi deyil. Çoxlu sayda alış-veriş mərkəzi açılıb. O qədər dəyişiklik var ki. Heç yeri tanımıram. Hər şeyimiz yarımçıq qaldı. İndi təhsilimi yekunlaşdıracam. Həyat yoldaşım və uşağımın olduğu, sevgi gördüyüm bir ailənin xəyalını qururam. Mən və dostlarım bird aha belə şeylərin bu ölkədə yaşanmasına icazə verməyəcəyik. Bizim arxamızda ayanan, bizi bu adamdan xilas edən hər kəsə, xüsusən də İstanbul Təhlükəsizlik Müdirliyinə çox təşəkkür edirik.

Image result for adnan oktar

HƏBSDƏN 25 MƏKTUB YAZDI

'Etirafçı olmaq üçün niyə 6 ay gözlədin” deyirlər. Gözləmədim, sadəcə etirafçı olmaq istəmədim. Mənim vəkilimlə iş birliyi etdiklərini öyrəndim. Türmədə olanda belə mənə 25 məktub yazdı. Ev şəkli çəkir, yenidən hamımızın eyni evdə yaşayacağını deyirdi. Məqsədi etirafçı olmayım deyə içimizə bir qorxu salmaqdı. İndi də xərçəng xəstəsi olduğumu yayırlar. Halbuki elə bir şey yoxdur.

Televiziya xəbərləri izləyirdik, şəhid cənazəsi xəbəri olurdu. Şəhidin yoldaşı tabuta sarılıb, ağlayır, yanında da usağı var. Bəyənir, “Onu mənim yanıma gətirin. Necə edək, iftar süfrəsi təşkil edək” deyir və o insanların yanına adamlarını göndərirdi. Bu, bir insanın ağlına necə gələ bilər? Necə xəstə təfəkkürlü olmalısan ki, şəhid xanımına o gözlə baxasan? 15 iyul çevriliş cəhdi günü ilə bağlı deyirdi ki, “Saatı məndən soruşsaydılar, ən uyğun saatı deyərdim. O zaman Təyyub Ərdoğanı da devirərdilər. Böyük fürsəti qaçırdılar”.

DİNDƏN SADƏCƏ TELEVİZİYADA DANIŞIRDI

Özünü bütün peyğəmbərlərdən daha üstün görürdü. Viski içik, əxlaqsızlıq edir, oturub utanmadan peyğəmbəri tənqid edirdi. Dindən danışdığı yeganə yer isə televiziya idi. Onun xaricində heç vaxt “Allah” dediyini eşitmədik. O kitabları satın alanlara deyirəm. Bütün pullar onun fantaziyalarına sərf edilirdi”.

Sevinc, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar