51 dərəcə ilə başlayan DƏHŞƏTLİ FƏLAKƏTİN BAŞLANĞICI: 200 milyon insan bir anda...

20-07-2019, 17:50   
 

Günlər əvvəl xəbərdarlıq edildi, xəbərdarlıq üzərinə xəbərdarlıq verildi.
Publika.az xəbər verir ki, ölümcül isti hava dalğası ABŞ və Kanadaya ərazisinə çatıb.
Qitənin şərq sahillərində yaşayan 200 milyon insan bu isti hava dalğasının təsiri altında qalacaq.

ABŞ-ın ən böyük şəhərləri Nyu York və Vaşinqton bürkülü hava ilə artıq tanış olub. Nyu Yorkun bələdiyyə sədri Bill de Blezio şəhərdə fövqəladə vəziyyət elan edib. Tvitter açıqlama verən bələdiyyə sədri “bu isti hava dalğası ciddidir. Şənbə və bazar günləri gerçəkdən də pis keçəcək” sözlərini yazıb. Şəhər miqyasında 500 soyutma mərkəzi Nyu York sakinlərinə xidmət edir. Burada havanın temperaturu 46 dərəcəyədək yüksələcək.
Kanada-ABŞ sərhədində yerləşən Dakotada isti hava asfalt yolların çökməsinə səbəb olub. Bölgədə termometrlər 40 dərəcə isti göstərir.
Detroit şəhərində kəskin isti hava ilə birlikdə şimşəkli fırtınalar ortaya çıxıb. Nəticədə 200 min nəfər elektriksiz qalıb.
“CNN International"ın xəbərinə görə, termometrlər 35 dərəcə göstərsə də, şəhərdə istilik 46 dərəcəyə çatıb.

Vircinia və Şimali Karolina 2019-cu ilin ən isti günlərini yaşayır.
Hətta bu bölgələrdə Günəşin batmasından sonra belə vəziyyət dəyişməyəcək. Gecə saatlarında bürküdən nəfəs almaq mümkün olmayacaq.
ABŞ Milli Meteorologiya Xidməti anbaan havanın xəritəsini yayımlayır. Son xəritədə Filadelfiya və paytaxt Vaşinqtonda havanın temperaturu 45 dərəcədir. Xidmət bildirir ki, bəzi şəhərlər istilikdə rekord qıracaq.

Boğucu hava insanların sağlamlığını təhlükə altına alacaq. Ölüm riski yüksək olacaq. Massaçusetts ştatının rəsmiləri qapıları kilidli avtomobillərin içində havanın temperaturunun 51 dərəcəyə çatacağını bildirir.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar