Türkmən mənbələri: Prezident Almaniyaya anasının yanına gedib YENİLƏNİB

21-07-2019, 20:19   

21 iyul — 19:44


Virtualaz.org
bildirir ki, bu barədə TASS Moskvadakı diplomatik missiyanın nümayəndələrinə istinadən xəbər yayıb.Türkmənistanın Rusiyadakı səfirliyindən ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölməsi ilə bağlı xəbəri təkzib ediblər.

Səfirliyin nümayəndələri bildiriblər ki, “Türkmənbaşının ölüm xəbəri tamamilə yalandır”.

*   *   *19:12

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun yoxa çıxması ölməsi ilə əlaqədar deyil - onun anası ağır xəstədir.

Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın NTV telekanalı, türkmən mənbələrinə istinadən xəbər yayıb.

“Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 10 gündür ağır vəziyyətdə yataqda olan anasını ziyarət etmək üçün Almaniyaya gedə bilər”, - deyə mənbələr bildiriblər.

Yerli KİV qeyd edir ki, Berdiməhəmmədov təxminən iki həftədir ictimaiyyət arasında görünmür. Daha əvvəl isə dövlət televiziyası bəyan etmişdi ki, Prezident ailəsi ilə bir yerdə olmaq və yarımçıq qalmış kitabını tamamlamaq üçün məzuniyyətə gedib. Yeri gəlmişkən, bundan sonra Berdiməhəmmədovun təyyarələrindən biri Almaniyada görünmüşdü.

*   *   *17:34

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə "Qovorit Moskva” radiosu xəbər yayıb.

İnformasiyaya əsasən, bu haqda radioya politoloq, Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev Aşqabaddakı mənbələrinə istinadən məlumat verib.

Qeyd edilir ki, Qurbanqulu Berdiməhəmmədov 15 iyulda məzuniyyətə gedib.

Bu gün onun ölümü haqqında ərəb ölkələrində baş verən hadisələrin işıqlandırılması üzrə ixtisaslaşmış El Murid Telegram-kanalı da məlumat yayıb. O, adını çəkmədiyi türkmən müxalifətçilərinə istinad edib.

Ondan bir gün əvvəl isə YouTube-dakı müxalif "Azad Türkmənistan" kanalı özünün Aşqabadda yaşayan müxbirlərinə istinadən bildirib ki, siyasətçi 20 iyulda, günün ikinci yarısında dünyasını dəyişib. Ölümə səbəb kimi kəskin böyrək çatışmazlığı göstərilib.

Türkmənistanın tamamilə qapalı informasiya ölkəsi olduğunu nəzərə alsaq, bu xəbərin etibarlılığı məlum deyil.

Bu məlumat rəsmi şəkildə təsdiq və ya təkzib də olunmayıb.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar