Putinin tutdurduğu “1 nömrəli oğru” həbsdə jurnalistlərlə görüşdü-sensasion açıqlamalar

23-07-2019, 14:49   


“Şişkan” müxalifətə qoşulmadığını bəyan etdi: “Məni uzun müddətli həbsə göndərməyə hazırlaşırlarsa, ondansa gülləsinlər...”

Məlum olduğu kimi, nüfuzlu slavyan “qanuni oğru” 54 yaşlı Oleq Şişkanov(“Şişkan)  ötən həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Avtoritet  Moskva vilayətinin Ramensk rayonunun Popovka kəndində - özünə məxsus evdə saxlanılıb. Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, özünü günahsız hesab etdiyini və ittihamın mahiyyətini anlamadığını deyib.

Oleq Şişkanov 1964-cü ilin 19 iyulunda Remelskidə anadan olub. Kriminal aləmdə “Şişkan” və ya “Şişkan Remelski” ləqəbi ilə tanınır. “Şişkan” yalnız 28 il əvvəl  dəmir barmaqlıqlar arxasında olub və "evim həbsxanadır" deyən kriminallardan deyil.

Məlumdur ki,  Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanun imzalayıb.

Cinayət Məcəlləsinin 210-cu maddəsinə əlavə  edilən qanunun əsas mahiyyəti bundan ibarətdir ki, “qanuni oğru” kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsasdır. Bu maddənin sanksiyası 15 il həbs cəzası nəzərdə tutur. 

Rusiya KİV-nin məlumatına görə, nüfuzlu “qanuni oğru” həbsdə jurnalistlərlə görüşüb. Onlar müvəqqəti saxlama məntəqələrindəki vəziyyəti öyrənən qrupun üzləri olublar.  “O, Moskvanın Ostaşkovskaya küçəsindəki Şimal-Şərq İnzibati Dairəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılır. Onun saxlandığı kiçik bir kameradır, artıq heç bir şey yoxdur. Kamerasında başqa bir adam da var.  O da soyğuna görə tutulub” deyə, ziyarətçilər bildirib.

“Şişkan”ın ürək əməliyyatı olduğunu bilən ziyarətçilər onun  oturmasını xahiş ediblər. “O isə bir centlmen kimi davranaraq   imtina etdi. Siz ayaq üstə dayanarkən mən otura bilmirəm. “Şişkan” yeni oxuduğu "Moskovski Komsomelets" in son sayını göstərir. Hücrədə başqa qəzetlər də var. Ümumiyyətlə, o, mətbuatı sevir, bəzi jurnalistlərlə indiyədək də müsahib olub”.

O öncə “qanuni oğru” kastasında təmsil olunanlar üçün qəbul edilən yeni qanunla 15 ilədək həbs cəzası ala biləcəyinə işarə edərək  deyib ki, onun üçün “zon”a birtərəfli bilet alinıb: "İnsanlar Pyatiqorsk qartalları deyil, o qədər çox yaşamırlar". “Şişkan” deyib ki, bir psixiatr tərəfindən müayinə olunub, amma özü  Serbski İnstitutunda daha ətraflı müayinə olunmasını istəyir.

“Şişkan” “Ded Xasan” ləqəbli Aslan Usoyanın öldürülməsindən və “Şakro” ləqəbli Zaxari Kalaşovun məhkum edilməsindən sonra ona "1 nömrəli oğru" adı verilməsində median suçlayıb: "Məgər internetdə yazılanların hamısına inanmaq olarmı?" – deyə, o qəzəblə soruşub.

"Məhkəmədə məni cinayət icmasının lideri adlandırdılar" deyən  “Şişkan” sözlərinə belə davam edib: “Lider hər yerdə yaxşıdır- istehsalda, partiyada və s. Bəs, kriminal ierarxiyanın lideri nə deməkdir? Əvvəl sübut olunmalıdır ki, cinayət törədən bir qrup var. O qrup haradadır? Mənə deyirlər ki, sənin lider olmanla bağlı internetdən məlumatlar var. İnternetdə nələr yazmırlar ki?” 

Jurnalistlər yazır ki, “Şişkan” ruhdan düşmüş kimi görünür. Müvəqqəti saxlama yerinin işçisi onun danışdıqlarının insan hüquqlarına və saxlanma şəraitinə aid olmadığını əsas gətirərək yarıdan kəsməyə çalışır. O isə davam edir: “Necə müraciət etməyim? Bunlar mənim hüquqlarımdır. Həyatım həll olunur.  Fırtınalı gəncliyimdə etdiyimin bədəlini  tam ödədim. Femida  kor olsa da həm yaxşı, həm də pisi qiymətləndirməlidir”.

5 övladı olduğunu deyən “qanuni oğru” cibindən uşaqlarının şəkilini çıxarıb göstərib, onu həbs etməyə 50 nəfərin gəldiyinə etiraz edib: "50 nəfər məni saxladı, bunun üçün bir səbəb varmı? Silahsızdım, cibimdə bıçaq da gəzdirmirəm. Saxlanma şərtləri barədə soruşursunuz - hər şey qaydasındadır, şəkər deyiləm, ərimirəm. Ancaq bu yaşda mənim üçün “zon”  bir tərəfə biletdir. Mən Macleod deyiləm (Macleod məşhur “Dağlı” serialında ölməz  personajdır), on canım yoxdur. Cinayət Məcəlləsində bu qədər uzun müddətli həbs haradandır? Məni həbsə göndərməyə hazırlaşırlarsa, ondansa gülləsinlər”.

“Şişkan” müxalifətin aksiyalarına da işarə edərək bunları deyib: “Onlar üçün sanki mən "beşinci kolonam”. Halbuki Bolotnoya(müxalifət aksiyaları burda keçirir) heç vaxt getməmişəm, Tverskayada ayaqqabı atmamışam. Məınim yolum başqadır”.

“Şişkan” deyib ki, ittihamla razı deyil və apelyasiya şikayətinə sabah-yəni 24 iyulda baxılacaq.

Orxan,
“Yeni Müsavat” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar