Rötgers Universitetinin “Science” dərgisi üçün apardığı araşdırmasında mütəxəssislər təhlükə siqnalları verib.Publika.az xəbər verir ki, elm adamları su altındakı buz parçlarının ehtimal olunandan daha sürətlə əridiyini açıqlayıb.
Bu gəlişmə əsrin sonunda dənizlərdə suyun səviyyəsinin təhlükəli şəkildə artmasına səbəb olacaq. Bundan başqa, buzlaqların əriməsi nəticəsində iqlim dəyişikliyi yaşanacaq.
Alyaskadakı “LeConte Glacier” buzlağını 3 il ərzində analiz edən mütəxəssislər belə qənaətə gəliblər ki, bəzi bölgələrdə buzun ərimə sürəti daha əvvəl ehtimal olunandan 100 dəfə çoxdur.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Paneli 2014-cü ildə yayımladığı hesabatda 2003-2009-cu illərdə yaşanan buzlaq əriməsinin dəniz səviyyəsini ildə 0,7 metr yüksəltdiyi bildirilib.
Əgər dünya dövlətləri Paris İqlim Müqaviləsi çərçivəsində hərəkətə keçməsə, dəniz səviyyəsinin yüksəlməsi dəhşətli fəlakətlərə yol açacaq.
Zümrüd