Gənclərin maariflənməsinə və intellektual inkişafına dəstək məqsədilə “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti layihəsini həyata keçirib.Mobil operator Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini baş ofisinə dəvət edərək, onları xüsusi hədiyyələrlə mükafatlandırıb.
Qeyd edək ki, “Nar” ənənəvi olaraq hər tədris semestrinin sonunda Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərən tələbələrilə görüşərək, onları təbrik edir.
Görüşün məqsədi texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırmaq və onların gələcək iş istiqamətləri haqqında təsəvvür formalaşdırmaqdır. Tələbələr rabitə bazarında tələb olunan əsas bilik və bacarıqlar barədə məlumat əldə ediblər.
Azərbaycan Texniki Universitetinin ən yaxşı tələbələrinin mükafatlandırılması “Nar” və universitet arasında 2016-cı ildən aparılan tərəfdaşlıq çərçivəsində baş tutur. Əməkdaşlıq çərçivəsində mobil operator universitetin tələbələri üçün GSM laboratoriyası istifadəyə verib, müxtəlif vaxtlarda tələbələr üçün nəzəri və təcrübi təlimlər təşkil edib.
Azərbaycan Texniki Universitetilə tərəfdaşlıq “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının bir istiqamətidir. Hədəf Azərbaycanın rabitə sahəsində peşəkar kadrların hazırlanması və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasıdır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.