Ermənistan-Azərbaycan sərhədində nə baş verir? - Polkovnik

29-07-2019, 16:56   



Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması Ermənistan cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov son iki gün ərzində Ermənistan-Azərbaycan sərhədində erməni snayperlərin aktivləşməsinə münasibət bildirərkən deyib. O, sərhəddə atəşkəsin pozulmasının və nəticədə Ermənistan tərəfinin itki verməsinin təbii proses olduğunu bildirib:

“Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması bu vaxta qədər müşahidə edilən hadisədir. Ermənilər sərhəddə atəşkəsi pozmaqla həmişəki məqsədlərinə xidmət edirlər. Onlar daima cəbhə bölgəsində gərginlik yaratmağa və danışıqlarn prosesinə mane olmağa çalışırlar. Çünki danışıqlar prosesi ilə bağlı son zamanlar beynəlxalq təşkilatlardan Ermənistana müraciətlərin və təzyiqlərin sayı artıb.

Atəşkəs yalnız Ermənistan tərəfindən pozulur. Son zamanlar Ermənistan tərəfinin hərbi təcili tibbi yardım maşınlarımızı da atəşə tutmasının şahidi oluruq. Azərbaycan tərəfi erməniləri cavab atəşi ilə susdurmaqla məşğuldur. Bu da təbii olaraq Ermənistan tərəfinin itki verməsi ilə nəticələnir.

Bütün bunların hamısı təbii prosesdir və biz torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa edənə qədər davam edəcək”.

Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması halları artıb. Ötən gün Arman Bulqadaryanın atəşkəsi pozduğu üçün Azərbaycan ordusu tərəfindən məhv edilib. Bu gün isə daha bir erməni hərbçi - Vladimir Osipyan yaralanıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti isə erməni snayperlər tərəfindən tibbi maşının atəşə tutulduğunu əks etdirən görüntüləri paylaşıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar