DAHA BİR ÖLKƏ AZƏRBAYCANDAKI SƏFİRLİYİNİ BAĞLAYIR – İki il əvvəl açılmışdı

30-07-2019, 13:38   

 


Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.
“Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.
Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.
Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.
Qeyd edək ki, bundan əvvəl Norveç Azərbaycandakı səfirliyini bağlamaq qərarı almışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar