Bakıda maşın alverçilərinin fırıldağı ifşa olundu - FOTOFAKT

1-08-2019, 11:48   


Bakıda maşın alverçilərinin fırıldağı ifşa olundu - FOTOFAKT

Azərbaycanda avtomobil almaq istəyənlər yəqin ki, tez-tez nömrəsi örtülmüş maşın elanlarını müxtəlif saytlarda görürlər. Bu cür nömrəsi gizlədilmiş maşınlar isə əslində cinayətin gizlədilməsidir. Belə ki, alverçilər maşını yüksək yürüş (el arasında probeq) göstəriciləri ilə vətəndaşdan ucuz qiymətə alırlar. Yürüş rəqəmlərini süni şəkilə aşağı salırlar. Bundan sonra nömrəsini gizlədərək elan yerləşdirirlər ki, maşının əvvəlki sahibi bu fırıldağı görüb açıqlaya bilməsin. Maşını fərdi şəkildə almaq istəyənlər isə, fırıldaqdan tamamilə xəbərsiz olurlar. Bu barədə dəfələrlə ictimai müzakirələr açılıb.
Növbəti belə fırıldaq faktını bu gün Facebook istifadəçilərindən biri açıqlayıb. O qeyd edib ki, dövlət qeydiyyat nişanı AZ 41 BC 224 olan Mitsibişi Pajero markalı avtomobili 7 ay öncə 265 000 probeqlə satıb. İndi isə həmin avtomobil saytda 220 000 probeqlə qoyulub. Görünən odur ki, probeq geri çəkilib. Amma ya satıcı xamlıq edərək nömrəni gizlətməyib, ya da ki, maşının indiki sahibi alverçidən aşağı probeqlə alıb və probeqin geri çəkilməsindən xəbərsizdir. Ona görə də hər şeyi açıq-aşkar şəkildə sayta qoyub. 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar