Rusiya yaxın və ortamənzilli raketlərin ləğvinə dair sazişin dayandırılmasından sonrakı mümkün 3 senari üzərində düşünür.
Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın Vynadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.
"Sonra nə olacaq? 3 senari mümkündür. Status kvo, yeni silahlanma yarışı, bir müddətlik pauzadan sonra danışıqların bərpası. Bu, nəticələrin daha da yumşaq olması üçün lazımdır. Senarilərdən hansı qüvvədə olacaq?", - deyə diplomat bildirib.
Xatırladaq ki, 2 avqustda ABŞ tərəfi sözügedən sazişdən rəsmən çıxdığını elan edib.
Saziş 1987-ci ildə SSRİ və ABŞ arasında bağlanıb. Bu tərəflərdən birinin ballistik və qanadlı raketlərlə silahlanmasını qadağan edir. Söhbət məsafəsi 500 metrdən 5,5 min km olan raketlərdən gedir.
Xəzər
Cebhe.info