Rusiya Prezidenti Vladimir Putin Təhlükəsiz Şurası üzvləri ilə təcili iclas keçirib.Axar.az xəbər verir ki, iclasda ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını birtərəfli qaydada tərk etməsi məsələsi müzakirə edilib.
Rusiya lideri ABŞ-ın silahlanmaya nəzarət sahəsində əsas sənədlərdən birini məhv etdiyini bildirib. Onun sözlərinə görə, sözügedən addım dünyadakı vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirib, hər kəs üçün fundamental risklərə səbəb olub.