Gömrük Şurasında iflas: Moskva tək qaldı

30-06-2014, 16:53   
Rusiya Ukrayna məhsullarına qarşı idxal məhdudiyyətləri tətbiq edə bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Vedomosti” qəzetinə Rusiya baş nazirinin müavini İqor Şuvalov bildirib.
Lakin Moskva bunun üçün Gömrük Şurasındakı partnyorları olan Belarus və Qazaxıstanın dəstəyini ala bilməyib. Rusiya Avrasiya iqtisadi komissiyasının iclasında Belarus və Qazaxıstana Ukrayna malları üçün yeni rejimin tətbiq edilməsi barədə qətnamənin qəbulu təklif olunub. Amma bu təklif rədd edilib. İclasda iştirak edən rusiyalı nümayəndə Belarus və Qazaxıstanın təkliflə razılaşmadığını deyib. Onun sözlərinə görə, Gömrük Şurasının qaydalarına uyğun olaraq Rusiya birtərəfli qaydada hərəkət etmək hüququna malikdir.
Rusiya baş nazirin müavini isə Belorus və Qazaxıstanın təklifi hansı əsaslarla rədd etməsini açıqlamayıb.
Belarus da qətnaməni dəstəkləməkdən imtina etdiyini təsdiqləyib. Belarus baş nazirin müavini Sergey Rumas ölkəsinin qətnaməyə qarşı kəskin şəkildə çıxdığını bildirib. “Gömrük Şurasının iqtisadiyyatı üçün təhlükədən danışmaq hələlik mümkün deyil. Deməli, belə qərarların təcili şəkildə qəbuluna ehtiyac yoxdur”, - belaruslu rəsmi vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar